Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimi olub
20.04.2013 [20:38]
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Aprelin 19-da Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
2012-ci il avqustun 30-da Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsinə dair Sərəncam imzalayıb. Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb. Koreya Respublikasının “Securo CO.LTD” şirkəti sarayın layihələndirmə işlərini qısa müddətdə başa çatdırıb.
Prezident İlham Əliyev tikintidə iştirak edəcək yerli və xarici mütəxəssislərlə görüşüb.
Dövlətimizin başçısı Su İdmanı Sarayının layihəsi ilə tanış olub. Gənclər və idman naziri Azad Rəhimov məlumat verib ki, sarayın inşası üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 46 min kvadratmetr olan saray ən müasir standartlar səviyyəsində tikiləcək və Beynəlxalq Üzgüçülük Federasiyanın tələblərinə tam cavab verəcək.
İspaniyanın “Pujol Arquitectura” şirkətinin rəhbəri Yoakim Puyol bildirib ki, sarayda üç üzgüçülük hovuzu tikiləcək. Uzunluğu 50, eni 25, dərinliyi 3 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20, dərinliyi isə 6 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, soyunub-geyinmə otaqları və digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək. Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 avtomobil yerlik yerüstü dayanacaq olacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcək. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə hər cür şərait yaradılacaq. Su İdmanı Sarayı, həmçinin paytaxt Bakının ümumi görünüşünə əlavə yaraşıq verəcək.
Dövlətimizin başçısı metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.
İnşaatçılarla görüşən Prezident İlham Əliyev onları təbrik edərək deyib: “Ölkəmiz, şəhərimiz üçün yeni idman mərkəzi - Su İdmanı Sarayı tikilir. Gözəl hadisədir. Əlbəttə, bu böyük layihənin icrasında Azərbaycan şirkətlərinin iştirakı əsas şərtdir.
Əvvəlki illərdə daha çox xarici şirkətlər Azərbaycanda bu cür obyektləri tikmişlər. Ancaq indi bizim öz təcrübəmiz vardır. Xarici şirkətlər əlbəttə ki, iştirak edirlər və burada bir beynəlxalq əməkdaşlıq formatı yaranır. Yerli şirkətlərimiz indi nəinki Azərbaycanda, başqa ölkələrdə də iş görürlər.
Bu obyektin istifadəyə verilməsi həm Avropa Oyunlarının keçirilməsi üçün lazımdır, eyni zamanda, şəhərimiz üçün, sakinlər üçün. Uşaqlar, yeniyetmələr gəlib burada məşq edəcəklər, üzgüçülüklə məşğul olacaqlar. Adi vətəndaşlar da istifadə edəcəklər. Çünki Bakıda faktiki olaraq belə böyük hovuz yoxdur. İndi biz bütün şəhərlərdə yeni hovuzlar tikirik. Əminəm ki, bu işlərə böyük məsuliyyətlə yanaşacaqsınız. Sizə uğurlar arzulayıram”.
Prezident İlham Əliyev Su İdmanı Sarayının inşasının yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49

