Azərbaycanda əhalinin 92 faizi hökumətinə inanır
27.04.2013 [09:44]
Azərbaycanda əhalinin 92 faizi hökumətinə inanır.
AzərTAc xəbər verir ki, bu barədə 2012-ci ilin sonuna Azərbaycan üzrə “Avropa Qonşuluğu Barometri” çərçivəsində keçirilən sorğuda bildirilir. Sorğu Avropa Qonşuluq Siyasəti ölkələrində ictimai rəyin öyrənilməsi üzrə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən layihə çərçivəsində 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında keçirilib.
“Avropa Qonşuluğu Barometri” (ictimai rəyin və media-monitorinqin tədqiqatı) Aİ tərəfindən maliyyələşdirilən regional informasiya proqramının bir hissəsidir və qonşuluq siyasətinin, Aİ əməkdaşlıq tədbirləri və proqramlarının məlumatlandırma və qəbuletmə səviyyəsinin qiymətləndirilməsinə istiqamətlənib. Bu barədə Avropa Qonşuluğu İnformasiya Mərkəzinin yaydığı məlumatda bildirilir.
Sorğuda iştirak edən azərbaycanlılar öz həyatlarından məmnundurlar (bu, region ölkələrindən daha çoxdur) - rəyi soruşulanların 65 faizi öz həyatlarından razıdırlar. Həyatdan məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksəkdir.
Rəyi soruşulanların böyük əksəriyyəti öz hökumətinə (92 faiz) və parlamentə (68 faiz) inanır.
Həmçinin rəyi soruşulanlar ölkələrinin inkişaf istiqamətindən razıdırlar: 48 faiz hesab edir ki, Azərbaycan düzgün istiqamətdə hərəkət edir və yalnız 17 faiz bununla razılaşmır. İqtisadi əhval-ruhiyyə indeksi də yüksəkdir: rəyi soruşulanların 69 faizi iqtisadi vəziyyətin yaxşı olduğunu hesab edir. 60 faiz isə ölkədə gedən demokratik proseslərin nəticələrindən razıdır.
Respondentlərin 53 faizi hesab edir ki, Azərbaycan və Aİ arasında yaxşı əlaqələr formalaşmışdır. Bu nisbət orta hesabla Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (AQTA) Şərq regionu üzrə (müvafiq olaraq 45 faiz və 29 faiz) nisbətən daha yaxşı göstəricidir.
Rəyi soruşulan respondentlərin yalnız 37 faizi Avropa İttifaqının öz ölkələri üçün strateji tərəfdaş olduğunu hesab edir, 51 faizi isə əmindir ki, tərəflər arasında səmərəli əməkdaşlıq üçün kifayət qədər ümumi dəyərlər var.
“Avropa Qonşuluğu Barometri”nin statistik məlumat və nəticələrinin nəşri 2012-ci il ərzində ölkələr üzrə Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsinin gedişi haqqında hesabatlar paketinin elanına uyğunlaşdırılıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

