/ / Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
29.06.2013 [10:02]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Musaid bin İbrahim bin Abdullah Əl-Səlim etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz və xalqlarımız arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Azərbaycana dost və müttəfiq ölkələrdən biri olduğunu deyib. Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında güclü siyasi və mədəni əlaqələrin mövcud olduğunu bildirən Prezident İlham Əliyev bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib. Dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğulayıb. Musaid bin İbrahim bin Abdullah Əl-Səlimin ölkəmizdəki diplomatik fəaliyyəti müddətində bu əlaqələrin daha da inkişaf etdiriləcəyinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib. Ölkələrimiz arasında siyasi münasibətlərin yaxşı səviyyəsindən razılığını bildirən səfir əlaqələrimizin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayaraq bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Dövlətimizin başçısı Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

