Azərbaycan dünyanın diqqət mərkəzində
01.07.2025 [07:14]
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub. Eyni zamanda, dövlətimizin başçısı İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib. Prezident İlham Əliyev, həmçinin Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın, eləcə də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.
Qeyd olunan faktlar ölkəmizin dünya dövlətlərinin diqqət mərkəzində olduğunu təzahür etdirir. Öz gücünə və zəngin potensialına əsaslanmaqla milli maraqlarını qətiyyətlə qoruyan respublikamız çoxvektorlu xarici siyasət həyata keçirir, regional əməkdaşlığın və qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq miqyasda yüksək nüfuza malik dövlətə çevrilib.
İranla xoş mərama əsaslanan qonşuluq siyasəti
Azərbaycanın İrana xoş mərama əsaslanan qonşuluq siyasəti çoxəsrlik tarixə söykənir. Cari ilin aprel ayında İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi və Prezident İlham Əliyev tərəfindən böyük rəğbətlə, qonaqpərvərliklə qarşılanması ona dəlalət edir ki, hər iki tərəf qonşuluq münasibətlərinin bundan sonra da dərinəşməsində və daha da möhkəmlənməsində maraqlıdır.
Məlumdur ki, son vaxtlarda İran bir sıra çətinliklərlə üzləşib. Respublikamız qonşu dövlət olaraq İranın məruz qaldığı çətinliklərə görə dərin narahatlığını ifadə edib. Əsas məqam ondan ibarətdir ki ölkəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq öz ərazisindən qonşu dövlətlərə qarşı plasdarm kimi istifadə olunmasına imkan vermir. İsrail - İran qarşıdurması zamanı da bu prinsipial mövqe birmənalı şəkildə qorundu. Məsud Pezeşkian ilə telefon söhbəti zamanı dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib. Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.
Son vaxtlarda yaranan gərginlikdən istifadə edərək Azərbaycanla İran arasında nifaq yaratmaq istəyən qüvvələr də fəallaşıblar. Prezident İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən bu məsələyə xüsusi diqqət çəkib. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyyat olduğunu bildirib. Öz növbəsində səfir İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb və buna görə də təşəkkürlərini çatdırıb.
Azərbaycan - Sudan əlaqələri
Azərbaycan qonşu dövlətlərlə olduğu kimi, uzaq coğrafiyalarda yerləşən dövlətlərlə də əlaqələrini genişləndirir. Bu sırada, həmçinin daim dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Sudan Respublikası da yer alır. Respublikamızla Sudan arasında diplomatik əlaqələr 25 iyul 1992-ci il tarixində yaradılıb.
Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafanın etimadnaməsini qəbul edərkən dövlətimizin başçısı Azərbaycanla Sudanın daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, Birləşmiş Millətlər Təşkilatında (BMT), İslam Əməkdaşlıq Təşkilatında (İƏT), Qoşulmama Hərəkatında (QH) və digər beynəlxalq təşkilatlarda ölkələrimizin uğurlu əməkdaşlığını vurğulayıb.
Söhbət zamanı səfir sudanlı tələbələrə ölkəmiz tərəfindən təhsil təqaüdünün ayrılmasına görə minnətdarlığını bildirərək, bu təqaüdlərin artırılmasını xahiş edib.
Aİ ölkələri ilə münasibətlərin dərinləşməsi
Polşa ilə əlaqələrin genişlənməsi Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsi kontekstində xüsusilə diqqət çəkir. Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edərkən Prezident İlham Əliyev söhbət zamanı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirib.
Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksəksəviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd edib.
Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirib və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44

