Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb

04.04.2026 [09:42]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, İran İslam Respublikasına növbəti humanitar yardım aprelin 4-də yola salınıb.

AZƏRTAC xəbər verir ki, yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Buna 190 ton ərzaq və qida məhsulları, 7 ton həcmində dərman vasitələri və 3 ton həcmində isə tibbi ləvazimatlar daxildir.

Humanitar yük 10 yük avtomobili (TIR) vasitəsilə yola salınıb.

Qeyd edək ki, Azərbaycan Respublikası tərəfindən göndərilən növbəti humanitar yardımın müşayiət olunması və qarşı tərəfə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının, Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin rəsmi şəxsləri İran İslam Respublikasına səfərə yola düşüblər.

Paylaş:
Baxılıb: 745 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30