2030-cu ilə qədər aqrar sahədə dayanıqlı inkişaf təmin olunacaq
24.06.2026 [10:58]
Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov “Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib ki, əsas hədəf yalnız istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişaf modelinə keçidi təmin etməkdir. Dövlət Proqramı 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalında dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Suvarma və enerji təminatının yaxşılaşdırılması əsas prioritetlərdəndir
N.Əmirov qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına birbaşa subsidiyaların verilməsi aqrar sahənin hərtərəfli inkişafında və ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas dövlət dəstəyi mexanizmlərindən biri kimi qəbul olunur. Tətbiq edilən yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, ümumilikdə isə dayanıqlı inkişafı təşviq edir.
Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri bildirib ki, yeni Dövlət Proqramında konkret hədəflər müəyyən edilib. Müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrinin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıq üzrə məhsuldarlığın artırılması, intensiv meyvə bağlarının və istixana komplekslərinin sahəsinin genişləndirilməsi, soyuducu anbarlar və taxıl siloları üzrə mövcud imkanların artırılması, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, həmçinin quş əti, süd, mal əti, qoyun əti, yumurta və akvakultura məhsulları istehsalının artırılması əsas istiqamətlər sırasındadır.
Proqramda suvarma və enerji təminatının yaxşılaşdırılması da əsas prioritetlərdəndir ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi kənd təsərrüfatında yeni imkanların yaradılmasını təmin edəcək. Belə ki, müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin təkmilləşdirilməsi, mövcud kanalların təmizlənməsi, eləcə də fermerlərin maarifləndirilməsi bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi, həmçinin aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi yalnız aidiyyəti qurumların əlaqələndirilmiş və birgə fəaliyyəti nəticəsində mümkün ola bilər.
Qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir
Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, hazırda dünyada ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və qlobal bazarlarda artan rəqabət kənd təsərrüfatına yanaşmanı dəyişir. Belə şəraitdə uğur yalnız istehsalın həcmi ilə deyil, məhsuldarlıq, səmərəlilik, texnologiya və əlavə dəyər yaratmaq bacarığı ilə ölçülür. Bu baxımdan Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın, gəlirliliyin və rəqabət qabiliyyətinin artırılması, emal imkanlarının genişləndirilməsi, ixrac potensialının gücləndirilməsi və aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsidir. Bu mərhələdə əsas məqsəd mövcud torpaq və su ehtiyatlarından daha səmərəli istifadə etməklə hər hektardan daha çox məhsul əldə etmək, hər təsərrüfatın gəlirliliyini artırmaq, istehsal olunan məhsulun daha böyük hissəsini emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır.
Buğda istehsalı üçün 22 rayon hədəf kimi müəyyən edilib
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev vurğulayıb ki, Dövlət Proqramı 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu isə onu göstərir ki, sənəd yalnız ümumi yanaşma deyil, konkret hədəflərə, konkret icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanan kompleks inkişaf proqramıdır. Proqramda bir neçə fundamental istiqamət də xüsusi olaraq müəyyən edilib. Bunlara intensiv bağ sahələrinin artırılması, buğda məhsuldarlığının yüksəldilməsi, müasir suvarma sahələrinin, aqropark və istixana fəaliyyətinin genişləndirilməsi, kiçik şərabçılıq təsərrüfatlarının formalaşdırılması, intensiv heyvandarlıq təsərrüfatlarının artırılması aiddir. Bununla yanaşı, proqram yalnız istehsal və emal istiqamətlərini deyil, həm də dəstəkləyici tədbirləri əhatə edir.
Nazir müavini hesab edir ki, Proqramın ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir. Bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır. Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır. Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Bundan əlavə, 8 perspektiv rayon müəyyən edilib ki, Şəki və Qax rayonu bu siyahıya daxildir. Presepktiv rayonlarda nəzərdə tutulan meliorativ tədbirlər hesabına suvarma suyu təminatının yaxşılaşdırılması və ixtisaslaşma üzrə buğda məhsuldarlığının artırılması hədəflənir. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında isə 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

