İqtisadi inkişafın dayanıqlı sütunları
30.09.2026 [12:46]
SES-lər təmiz enerjinin, sənaye parkları qeyri-neft istehsalının əsas mənbəyinə çevrilir
Azərbaycanda iqtisadi transformasiyanın əsas prioritetlərindən biri olan bərpaolunan enerji sektorunun inkişafı dövlətin həyata keçirdiyi yeni layihələrin timsalında öz uğurlu nəticələrini göstərməkdədir. Son illərdə bölgələrdə külək və Günəş Elektrik stansiyalarının, o cümlədən azad edilmiş ərazilərdə kiçik su elektrik stansiyalarının (KSES) açılışı bu istiqamətdə görülən işlərin mühüm nəticəsi hesab edilə bilər. Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonundakı “Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı KSES şəbəkəsinin daha da genişləndiyini təsdiqləyir.
Türkiyənin “Demirören Holdinq” şirkəti Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilən layihə üzrə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.
Laçın bölgənin təmiz enerji mənbəyinə çevrilir
Son illərdə “Green Karabakh Energy” MMC- “Demirören Holdinq”- Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən icra olunan SES və KSES-lərin inşası bölgədə təmiz enerji sistemini qurmaqdadır. İndiyə qədər həmin müştərək fəaliyyət sayəsində ümumi dəyəri 53,2 milyon manat olan layihəyə “Minkənd”, “Qalaca-1”, “Qalaca-2”, “Malıbəy” və “Tərtər-1” kiçik su elektrik stansiyaları tikilərək istifadəyə verilib. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44,1 milyon kVt/saatdır.
Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər intensivləşib.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “Yaşıl Enerji Zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib. Bir neçə ay əvvəl Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının açılışı olub. Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək. Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.
Son 5 ildə azad ərazilərdə 40-dan çox SES istifadəyə verilib
SES-lər Azərbaycanın müasir enerji gündəliyinin aparıcı xətti olan “yaşıl enerji” istehsalında mühüm yer tutmaqdadır. Laçın rayonu ilə yanaşı, Kəlbəcər, Tərtər və Ağdərədə kiçik su elektrik stansiyaları istismara verilib. Kəlbəcər rayonunun Vəng kəndində 5 MVt gücündə “Çaykənd-2”, 8,6 MVt gücündə “Aşağı Vəng”, 4,1 MVt gücündə “Toğanalı”, 8,8 MVt gücündə “Nadirxanlı” kiçik su elektrik stansiyaları istifadəyə verilib. Habelə Ağdərə rayonu ərazisində 14,7 MVt gücündə “Qozlukörpü” KSES-in inşası yekunlaşıb. Zəngilan və Qubadlı rayonlarında Bəsitçay və Həkəri çayı hövzələrində yerləşən silsilə su elektrik stansiyalarınnı inşası davam etdirilir. Ümumilikdə, son 5 ildə Laçın, Kəlbəcər və Suqovuşanda 40-dan artıq su elektrik stansiyası istismara verilib.
Hazırda Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40 MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi hazırda davam etdirilir. Nəticədə işğaldan azad edilmiş ərazilərində 500-600 MVt gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək. Beləliklə, azad edilmiş ərazilər yaxın illərdə SES-lərin əsas mənbəyi və “yaşıl enerji” hubunun əsas mərkəzi olmaqla, Azərbaycanın bərpaolunan enerji gücünün artmasında mühüm rol oynayacaq.
Mingəçevir Sənaye Parkı tekstil sənayesinin inkişafında mühüm rol oynayır
Azərbaycanda sənayeləşmə də iqtisadi inkişafın əsas təməllərindən birini təşkil edir. Sənaye zonalarının əsas drayveri olan sənaye parkları isə ölkəmizin iqtisadi imkanlarının daha da artırılması, qeyri-neft sektorunun davamlı inkişafına töhfə verəcək resursların tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılmasında mühüm rol oynayır. Onların sırasında özünəməxsus istehsal və emal infrastrukturu ilə seçilən Mingəçevir Sənaye Parkı ölkədə tekstil sənayesinin inkişafında mühüm rol oynayır. Burada pambıq emalı, iplik və parça istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr cəmləşib. Adıçəkilən Sənaye Parkında 2026-cı ilin birinci yarısında 20 milyon manatdam çox məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70 faiz çoxdur. Sənaye Parkında görülən işlərə indiyədək ümumilikdə 160 milyon manatdan artıq investisiya yatırılıb, 550 nəfərdəm çox daimi iş yeri yaradılıb.
Bu günlərdə Bakıda Konqres Mərkəzində Prezident İlham Əliyev tərəfindən onlayn formatda təməlqoyma mərasimi keçirilən “Tekstil Klasteri” layihəsi yeni sənaye sahəsi kimi mühüm yer tutur. Ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilən “Textile Horizon” MMC tərəfindən icra edilən layihə çərçivəsində pambıq əkinindən başlayaraq, mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Müəssisə Mingəçevir Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Sahəsi 11,2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsalı nəzərdə tutulur. Məhsulların daxili bazarla yanaşı, ixracı da planlaşdırılır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12

