Transxəzər Nəqliyyat Dəhlizinə rekord həcmdə sərmayə
30.09.2026 [11:52]
Orta Dəhliz marşrutu üçün 55 milyard dollarlıq investisiya müəyyənləşdirilib
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) 2040-cı ilə qədər fiziki infrastrukturuna 25 milyard dollardan çox investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Bu yatırımların prioritet istiqamətləri dəmir yolu şəbəkələrinin, dəniz limanları və giriş yollarının tamamilə modernləşdirilməsi, rəqəmsal infrastrukturların təmin edilməsi, ölkələrarası nəqliyyat xətlərinin əlaqələndirilməsi üçün əlavə daşıyıcı blokların qurulması ilə bağlıdır. Dünya Bankının (DB) “İnteqrasiya: Transxəzər Nəqliyyat Marşrutu boyunca yüksək səviyyəli ticarət logistikası” adlı hesabatına əsasən, qarşıdakı 14 il ərzində Orta Dəhlizin inkişafı üçün gözlənilən investisiya layihələrinin maliyyələşdirilməsində iştirakçı ölkələrlə yanaşı, beynəlxalq donorlar, maliyyə institutları birgə addımlar atacaq.
Vahid rəqəmsal platforma yaradılacaq
Transxəzər coğrafiyasında yerləşən ölkələr hazırda dəhlizin yenidən qurulması və inkişafı ilə əlaqədar layihələrin əhəmiyyətli bir hissəsini icra etməkdədir ki, bu da sıx və vahid əlaqələndirmənin keyfiyyətini əks etdirir. DB-nin ekspertlərinin qənaətinə görə, rəqabət qabiliyyətinin davamlı yüksəldilməsi, yükdaşıma həcminin artırılması və iqtisadi təsirin gücləndirilməsi dəhlizin effektivliyinin artırılmasını, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini və bütün iştirakçı ölkələrdə institusional islahatların aparılmasını tələb edəcək ki, bu da davamlı sərmayəni labüdləşdirəcək. Dəhlizdə davam etdirilən fiziki işlər və rəqəmsal həlləri təmin etmək üçün növbəti mərhələlərdə daha 30 milyard dollar sərmayəyə ehtiyac duyulur. Həmin investisiyalar birləşdirici avtomobil və dəmir yollarında yük daşınmalarının hərəkətini sürətləndirmək məqsədilə logistika qovşaqları və daxili terminalların qurulmasını, vahid nəqliyyat şəbəkəsində fasiləsiz fəaliyyətini təmin edən ən müasir logistika avadanlıqlarının - lokomotiv və vaqonların alınmasını, yükləmə-boşaltma texnikasının təchizatını, rəqəmsal platformaların yaradılmasını nəzərdə tutur.
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə regional direktoru Çarlz Kormye bildirib ki, proqnozlaşdırılan sərmayələrin təmin edilməsi Orta Dəhlizdə sərhəd keçidlərində gecikmələrin minimuma endirilməsinə, sənəd dövriyyəsinin asanlaşdırılmasına, nəqliyyat, tranzit və ticarət məlumatlarının “vahid pəncərə”də əks edilməsinə və vahid rəqəmsal platformasının yaradılmasına, nəqliyyat qovşaqlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsinə və sabit xidmətin göstərilməsində ölkələr arasında birgə əməkdaşlığın tamamilə elektronlaşdırılmasına səbəb olacaq. Bu işlər son nəticədə Transxəzərin nəhəng nəqliyyat bağlantısı kimi dövlətlər və qitələr arasında tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə, marşrutun etibarlılığının yüksəldilməsinə, iqtisadi artımlara yüksək töhfələr verməsinə imkan yaradacaq.
Orta Dəhlizin daşınma gücü artırılır
Transxəzər son bir ildə dünya nəqliyyat ailəsinin ən çox diqqətini cəlb edən nəhəng nəqliyyat arteriyasına çevrilməkdədir. 2025-ci ilin iyun ayında bu marşrutla ilk Çin-Avropa qatarının Pekindən Bakıya yola düşməsi dəhlizin qlobal əhəmiyyətini gücləndirib. Şimal-Qərbi Çin-Aktau-Bakı xətti ilə hərəkət edən qatarların Ələt limanına və sonra digər region ölkələrinə çatdırılması “dəmir yolu-dəniz-dəmir yolu” multimodal xəttinin rentabelli istifadəsini təmin edib. 8 min km-dən çox məsafə və 15 günlük vaxt intervalı dəhlizin iqtisadi faydalılığını əks etdirib. Bir ildən artıqdır ki, Bakıdan Gürcüstan, Türkiyə, Serbiya və digər ölkələrə daşınan malların həcminin ardıcıl artması Orta Dəhlizin Çin-Avropa beynəlxalq yükdaşıma dəhlizinə çevrildiyini təsdiqləyir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Qazaxıstan və Azərbaycan hökumətləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun nəqliyyat-logistika infrastrukturunu gücləndirmək məqsədilə Ələt limanında intermodal yük terminalının yaradılması barədə razılıq əldə edib. Tərəflər yük axınlarının idarə edilməsi üzrə vahid sistemin yaradılması, logistika infrastrukturunun sinxron inkişafı, limanların gücünün genişləndirilməsi və donanmanın inkişaf etdirilməsi barədə niyyət protokolu imzalayıb. Qazaxıstan Dəmir Yolları İdarə Heyətinin sədr müavini Yerlan Koyşibayev bildirib ki, intermodal yük terminalının yaradılması nəqliyyat infrastrukturunun imkanlarını genişləndirməklə, Çin, Qazaxıstan və Azərbaycanın logistika habları arasında qarşılıqlı əlaqəni gücləndirəcək.
İqtisadi həmrəylik körpüsü
2026-cı ilin ötən 8 ayı ərzində Orta Dəhliz üzrə tranzit daşımalarının həcmi 38 min TEU-nu (380 konteyner qatarı) ötüb. 2025-ci ilin analoji dövrü ilə müqayisədə konteynerlərlə daşımaların həcmi 50,5 faiz, konteyner qatarlarının sayı isə 82,9 faiz artıb.
Orta Dəhliz hazırda Çin və Cənub-Şərqi Asiyanı Avropa ilə Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirən nəhəng quru-dəniz nəqliyyat-logistika habı kimi qlobal nəqliyyat ailəsinin xüsusi diqqətini cəlb etməkdədir. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan dəhlizə digər ölkələr də qoşulub.
Hazırda marşrut Çin-Qazaxıstan sərhəddindən başlayır və Avropaya qədər uzanır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının proqnozlarına əsasən, 2030-cu ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 11 milyon tona, 2040-cı ilə qədər isə konteyner tutumu 865 min TEU-ya yüksələcək. Bu, Azərbaycan üçün yalnız müvəqqəti alternativ və ya ehtiyat planı deyil, həm də qlobal ticarət üçün uzunmüddətli, davamlı bir yoldur.
Avropa İttifaqı da Orta Dəhlizə qoşulur
Avropa ölkələri də Orta Dəhliz ailəsinə qoşulmaq üçün öz nəqliyyat infrastrukturlarını inteqrasiya etmək yönündə addımlar atmağa başlayıb. Bolqarıstanın Qara dənizdəki Varna və Burqas limanlarının Orta Dəhlizdə birləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Bolqarıstan Prezidenti Rumen Radev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən Qazaxıstan-Bolqarıstan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində razılaşma əldə edilib. Tərəflər Burqas və Varna dəniz limanlarının Qazaxıstanın strateji nəqliyyat-ticarət marşrutlarına inteqrasiyası üçün birləşdirici dəhliz layihəsi üzərində işləməyə razı olduqlarını bəyan ediblər. Həmçinin, Sloveniya da nəqliyyat şəbəkəsini Orta Dəhlizə birləşdirmək yönündə praktiki addımlar atmaqdadır. Sloveniya hökuməti Şərqlə ticarət əlaqələrini genişləndirmək niyyətini bəyan edib. Macarıstan və Rımıniya nəqliyyat infrastrukturlarını şaxələndirərək bu dəhlizə qoşmağı düşünür.
Ümumilikdə, Orta Dəhlizdə daşınmaların həcminin və dəhlizin geoiqtisadi əhəmiyyətinin artması Avropa İttifaqının da marağını bu bölgəyə daha çox fokuslayıb, Avropanın əksər ölkələri Mərkəzi Asiya-Xəzər -Avropa coğrafiyasına xüsusi önəm verərək bu bölgənin nəqliyyat infrastrukturlarının yenilənməsinə dəstək niyyətlərini bəyan edirlər.
Növbəti mərhələdə isə Zəngəzur dəhlizi də bu nəqliyyat sxeminə qoşula bilər. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa dəhlizdir. Ona görə də Çin hökuməti də Zəngəzur dəhlizinin perspektivdə Transxəzər Beynəlxalq Nəqliyyat koridoruna inteqrasiyasını mümkün hesab edir.
“Qlobal Dayanıqlı Nəqliyyat Forumu - 2026”nın yekununda dayanıqlı nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutan Pekin Təşəbbüsü qəbul edilib. Tərəflər bəyan ediblər ki, forum ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Transxəzər Nəqliyyat Dəhlizinin əhəmiyyətinin daha da artması baxımından mühüm əhəmiyyət kəsb edir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12

