/ / Azərbaycan Prezidenti İlham Əliyev Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb
16.07.2014 [10:20]
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində iyulun 15-də Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə görüşüb.
Prezident İlham Əliyevi Joze Qratsiano da Silva qarşılayıb.
Görüşdə Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, ölkəmizdə iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışılıb. Son illərdə Azərbaycanda kənd təsərrüfatının inkişaf etdiyi və bu sahədə aparılan islahatların yaxşı nəticələr verdiyi, fermerlərə dövlət dəstəyinin ildən-ilə artdığı qeyd olunub. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi işində qazanılan uğurlar və bu istiqamətdə gələcəkdə görüləcək tədbirlərdən danışılıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev FAO-nun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Daha sonra dövlətimizin başçısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının muzeyində olub.
FAO-nun baş direktoru Jose Qratsiano da Silva Prezident İlham Əliyevə məlumat verib ki, təşkilatın yerləşdiyi binada zəngin kitabxana da var. Bundan əlavə, burada FAO-nun media mərkəzi də yerləşir.
Sonra Prezident İlham Əliyev FAO-nun televiziyasına müsahibə verib.
Prezident İlham Əliyev deyib: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatında olmaqdan məmnunluq hissi keçirirəm. Bizim mükəmməl əməkdaşlığımız vardır. İki il bundan əvvəl Bakı şəhərində təşkilatın baş direktoru ilə olan görüşümü xatırlayıram. O zaman Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa konfransı keçirildi və bizim çox yaxşı müzakirələrimiz oldu.
Biz BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına kənd təsərrüfatı sahəsində apardığımız islahatlara davamlı dəstək göstərdiyinə görə minnətdarıq. Çünki biz islahatları davam etdiririk, özümüzü istehsal etdiyimiz əsas kənd təsərrüfatı məhsulları ilə 100 faiz təmin etməyə çalışırıq və buna nail olmağa yaxınıq. Buna görə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının metodoloji tövsiyələri, məsləhətləri və ekspert biliyi bizim üçün çox önəmlidir.
Biz əməkdaşlığımızı çox yüksək dəyərləndiririk və cənab baş direktoru bütün dünyanı, demək olar ki, 200 ölkəni əhatə edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nailiyyətlərinə görə təbrik etmək istəyirəm. Mən əminəm ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinin praktiki təsiri dünyanın bir çox yerlərində nəzərə çarpır. Bizim əməkdaşlığımız uğurla davam edir. Bu gün əməkdaşlığın yeni formalarını müzakirə etdik və ümidvaram ki, çox tezliklə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycanda ofisi açılacaq. Həmçinin Azərbaycan artıq digər ölkələrə də yardım etmək iqtidarındadır. Biz bu yardımı göstəririk və bunu əməkdaşlığımızın formatı çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə etmək istəyirik. Biz artıq bir neçə sahədə donor ölkəsinə çevrilirik və həmçinin kənd təsərrüfatı islahatlarına da öz dəstəyimizi göstərmək istəyirik. Çünki ərzaq təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən əsas elementlərindən biridir.
Bir daha cənab baş direktora göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm və onu onun üçün münasib olan vaxtda yenidən Azərbaycana dəvət edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

