Göygöl rayon gəncləri Konstitusiya dəyişikliklərinə "hə" deyəcəklər
13.03.2009 [09:39]
YAP Gənclər Birliyi martın 18-də keçiriləcək referendumla əlaqədar “Gəncliyin gələcəyi yeniləşən Azərbaycan naminə” devizi altında Göygöl rayonunda gənclərlə görüş keçirib. öncə çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Göygöl rayon şöbəsinin sədri Altay İsmayılov ölkədəki proseslərdə gənclərin özünəməxsus mövqeyinin olduğunu bildirib. Bu mövqe ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə dəstək verilməsindən ibarətdir. Gənclərin dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayan A.İsmayılovun sözlərinə görə, gənc nəsil bu etimadı daim doğrultmağa çalışır. O, martın 18-də keçiriləcək referendumda Göygöl gənclərinin fəal olacaqlarını bildirib.
YAP Gənclər Birliyinin sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Ramil Həsənov çıxışında qeyd edib ki, referendumun keçirilməsi ölkəmizin inkişafı ilə əlaqədardır. Gənclər cəmiyyətin aparıcı qüvvəsi olduğu üçün bu prosesdə fəal iştirak etməli, bilavasitə referenduma çıxarılan məsələlərin təbliğatçısı olmalıdırlar: “Dövlət gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. ümumiyyətlə, dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin mahiyyəti müstəqil dövlətimizi daha da inkişaf etdirmək, xalqımızın həyat səviyyəsini daha da yüksəltməkdən ibarətdir. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər məhz bu məqsədə xidmət edir. Hesab edirəm ki, gənclərimiz bu siyasətin fəal dəstəkçisi olaraq, referenduma çıxarılan məsələlərə “hə” deyəcəklər”.
R.Həsənov əlavə edib ki, hazırda gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şərait mövcuddur. Bu mənada şübhə yoxdur ki, gənclər onların maraqlarına xidmət edən Konstitusiya dəyişikliklərinə səs verəcəklər.
YAP Gənclər Birliyinin şöbə müdiri Yusif Babanlı çıxışında bildirib ki, Konstitusiyada edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər xalqın iradəsinin təcəssümüdür: “Referendum Aktında öz əksini tapmış əlavə və dəyişikliklər Azərbaycanın müasir inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə uzlaşaraq, ölkənin siyasi, sosial-iqtisadi inkişafının mahiyyətindən doğur. Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan bu gün regionun ən güclü dövlətinə çevrilib. ölkədə həyat səviyyəsi, insanların maddi rifah halı günü-gündən yaxşılaşır. Bu yüksəliş özünü insanların hüquq və azadlıqları sahəsində də büruzə verir. Konstitusiyaya əlavə və dəyişikliklər isə bu inkişafı daha da sürətləndirmək məqsədinə xidmət edir”.
YAP Gənclər Birliyi Şurasının üzvü Seymur Orucov isə qeyd edib ki, Konstitusiya dəyişiklikləri ən əsası xalqımızın sosial rifahının yüksəlməsinə xidmət edəcək. “Ulu öndərimizin siyasi kursu Azərbaycanı düşdüyü min bir bəladan qorudu, yaşatdı. Bu siyasi kursu davam etdirən Prezidentimiz cənab İlham Əliyev dövlət başçısı olduğu dövrdə dövlətin inkişaf xəttini müəyyənləşdirib və bu strategiyanı uğurla həyata keçirir. Biz məhz bu səbəbdən Prezidentimizə dayaq olmalıyıq. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan dünyaya günəş kimi doğacaq” deyə S.Orucov vurğulayıb.
Millət vəkili Aydın Abbasov da Referendum Aktında yer alan bütün müddəaların xalqın həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini deyib: “Məsələn, Konstitusiyanın 12-ci maddəsinə təklif edilən əlavədə göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu, olduqca yüksəksəviyyəli bir fikirdir. Yəni, Azərbaycan dövləti birbaşa vətəndaşının layiqli həyat səviyyəsinin təminatını özünün ali məqsədi sayır. Və ya maddə 15-ə nəzərdə tutulan sosialyönümlü iqtisadiyyatın inkişafına təminatın yaradılması məsələsi olduqca önəmli bir məsələdir. Maddə 17-də göstərilir ki, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədir. Əlbəttə ki, bu məsələ hər zaman dövlətin diqqət mərkəzində olub. Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü böyük işlər buna sübutdur. Prezidentimiz İlham Əliyev hər zaman gənc nəslin inkişafı məsələsinə xüsusi diqqət göstərib. Artıq bu məsələnin Konstitusiyaya salınması Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında, yüksək intellektə və potensiala sahib nəslin yetişməsində böyük rola malik olacaq”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini Rövşən Rzayev öz çıxışında referenduma çıxarılan məsələlərin mahiyyəti barədə Göygöl rayon gənclərinə ətraflı məlumat verib: “Təklif olunur ki, Konstitusiyanın əsaslarında dövlətin əsas vəzifəsi kimi Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təminatı göstərilsin. Bunun təminatı iqtidarın apardığı uğurlu siyasətin nəticəsində reallaşa bilər. Ona görə, təklif etdiyimiz dəyişikliklərlə, biz istəyirik ki, insan hüquqlarının təminatına daha mülayim şərait yaradaq, digər tərəfdən isə imkan yaradaq ki, xalqın seçimi məhdudlaşmasın”.
Görüş iştirakçılarından Nigar Rzayeva deyib ki, artıq referenduma çıxarılan məsələlərlə tanışdır: “Bu dəyişikliklər bizim üçün faydalıdır. Ona görə də, əmin ola bilərsiniz ki, Göygöl gəncləri Referendum Aktına səs verəcəklər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13

