Prezident İlham Əliyev Rusiyanın səhiyyə nazirini qəbul edib
16.09.2015 [10:02]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyasının səhiyyə naziri xanım Veronika Skvortsovanı qəbul edib.
Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışını əlamətdar hadisə kimi dəyərləndirən dövlətimizin başçısı Rusiya Federasiyasının nüfuzlu ali təhsil ocaqlarından artıq ikincisinin ölkəmizdə fəaliyyətə başladığını vurğulayaraq bu universitetdə də təhsilin yüksək səviyyədə olacağına əminliyini bildirib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində mükəmməl səviyyədə təhsil aldığını qeyd edən Rusiya Federasiyasının səhiyyə naziri Veronika Skvortsova Mehriban Əliyevanın bu ali təhsil ocağını əla qiymətlərlə bitirdiyini və bunu təsdiq edən sənədlərin universitetin muzeyində saxlanıldığını məmnuniyyətlə deyib. Rusiyanın səhiyyə naziri Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsilin nəzəri və praktiki hazırlıq baxımından ən yüksək və müasir səviyyədə olacağına əminliyini ifadə edib.
Tələbələrdə ilk kursdan xəstələrlə işləmək bacarığı formalaşdırılmasının əhəmiyyətinə toxunan Rusiyanın səhiyyə naziri bu məqsədlə xüsusi klinikanın seçilməsi məsələsinin də müzakirə olunduğunu deyib. Professor-müəllim heyətinin peşəkarlığının ən yüksək səviyyədə olduğunu deyən nazir bu məsələnin daim nəzarətdə saxlanılacağını bildirib.
Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının yaradılması ideyasının qısa vaxt ərzində uğurla həyata keçirildiyini deyib. Azərbaycanda səhiyyə sahəsində görülən işlərə toxunan dövlətimizin başçısı paytaxtda və regionlarda ən müasir tibb ocaqlarının inşa edildiyini və yüksək tələblərə cavab verən tibbi avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb. Dünyada səhiyyənin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanda da əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsinə böyük diqqət ayrıldığını bildirib. Hər il dövlət proqramı çərçivəsində azərbaycanlı gənclərin dünyanın müxtəlif ali məktəblərinə təhsil almaq üçün göndərildiyini deyən dövlətimizin başçısı bu cür ixtisaslaşmış universitetlərin ölkəmizdə yaradılmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu söyləyib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində inkişaf etdiyi bildirilib və bu sahədə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43

