/ / Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul edib
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul edib
02.11.2015 [10:41]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin Nümayəndələr Palatasının keçmiş sədri Jose de Venesia və təşkilatın Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonqu qəbul edib.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri Jose de Venesia Azərbaycana səfərdən məmnun olduqlarını bildirib. Jose de Venesia Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini deyib. Həmsədri olduğu təşkilatda Asiyanın 340-a qədər iqtidar və müxalifət partiyasının təmsil olunduğunu vurğulayan Jose de Venesia Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun əsasının Bakıda, həmçinin Gənclər Qolunun əsasının isə Azərbaycan paytaxtında və Kuala Lumpurda qoyulmasını məmnunluqla qeyd edib. O deyib: “Sizin rəhbərliyiniz və Yeni Azərbaycan Partiyası sayəsində hökumətinizlə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı arasında çox güclü, sağlam və dinamik əlaqələr mövcuddur”.
Asiyadan olan tərəfdaşlarımızla əməkdaşlığın əhəmiyyətli prioritet olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Asiya siyasi partiyaları ilə əlaqələri genişləndirməyə önəm verdiyini qeyd edib, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının tədbirlərinin Bakıda uğurla keçirilməsindən məmnunluğunu bildirib. Dost ölkələrlə əlaqələri gücləndirməyin zəruriliyini bildirən Prezident İlham Əliyev partiyalar arasında siyasi dialoqun həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq bu sahədə əməkdaşlığın genişləndirilməsinin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyini deyib. Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərinin Azərbaycana səfərinin tərəfdaşlığımızı gücləndirmək üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Dövlətimizin başçısı Azərbaycanın bundan sonra da Asiyada siyasi partiyalar arasında əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli rol oynayacağını qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

