Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədrini qəbul edib

04.12.2015 [10:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkovu qəbul edib.
Görüşdə Azərbaycan ilə Rusiyanın bütün sahələrdə, o cümlədən humanitar sahədə uğurlu əməkdaşlıq etdikləri bildirilib. Bu səfərin ölkələrimiz və xalqlarımız arasında humanitar sahədə əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyi vurğulanıb. Nikita Mixalkovun Azərbaycana növbəti səfərinin ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verdiyi qeyd edilib.
Nikita Mixalkov səfərindən məmnun olduğunu, Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşünün onda xoş təəssürat yaratdığını vurğulayıb.
Nikita Mixalkov 70 illiyi münasibətilə hazırlanan, müəllifi olduğu filmlərin kolleksiyasını və kitabı Prezident İlham Əliyevə təqdim edib.

Paylaş:
Baxılıb: 880 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31