Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 6 saylı seçki məntəqəsində səs verib
27.09.2016 [09:49]
Sentyabrın 26-sı müasir müstəqil Azərbaycan Respublikasının tarixində növbəti ümumxalq səsverməsi (referendum) günü kimi qalacaq.
Müstəqil Azərbaycan Respublikasının Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının qəbul edilməsindən 21 il keçir. Bu müddət ərzində ölkəmiz böyük inkişaf yolu keçib, geniş hüquqi islahatlar aparılıb və bütün bunlar demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm təməl yaradıb. Lakin ölkədə, cəmiyyətdə gedən proseslər zaman-zaman yeni tələblər irəli sürür. Konstitusiya isə elə bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf etməlidir. Bu baxımdan, 2002-ci və 2009-cu illərdə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərdən sonrakı dövrdə əldə olunmuş uğurlar bu islahatların təsirli və səmərəli olduğunu sübut edib. Hazırda Azərbaycan öz inkişafının elə bir mərhələsinə daxil olub ki, ölkənin Əsas Qanununa müəyyən əlavələr və dəyişikliklər edilməsi zərurətə çevrilib.
Sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılan Referendum Aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Əlavələr və dəyişikliklər insan haqlarının və azadlıqların müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini, effektiv və çevik dövlət idarəçiliyi mexanizminin formalaşmasını, həyata keçirilən iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini, dövlətin təhlükəsizliyi, cəmiyyətdə sabitlik üçün əlavə təminatlar yaradılmasını nəzərdə tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da səsvermə prosesinin başladığı ilk dəqiqələrdən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.
Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.
* * *
Paytaxtın 29 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində səsvermənin gedişini xarici və yerli müşahidəçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37

