/ / Prezident İlham Əliyev Uruqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Uruqvayın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
28.10.2016 [10:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Enrike Delqado Xenta fəxri qarovul dəstəsinin qarşısından keçib.
Enrike Delqado Xenta etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafında son vaxtlar müsbət irəliləyişlərin olduğunu deyən dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda Uruqvay nümayəndə heyətinin fəal iştirakının önəmini vurğulayaraq Uruqvay nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırlayıb. Uruqvay nümayəndə heyətinin bu Forumda ənənəvi olaraq iştirak etdiyini bildirən Prezident İlham Əliyev bunun ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün də yaxşı imkanlar yaratdığını deyib. Son vaxtlar Azərbaycan-Uruqvay əlaqələrinin inkişafında yaxşı dinamikanın olduğunu vurğulayan dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində səfirin fəaliyyətinin də çox böyük əhəmiyyət daşıdığını bildirib.
Səfir Enrike Delqado Xenta Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırıb. O, həmçinin ölkəsinin Prezidentinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verdiyini deyib. Uruqvaylı diplomat kifayət qədər yeni olan ikitərəfli əlaqələrimizi daha da inkişaf etdirmək niyyətində olduqlarını vurğulayıb.
Dövlətimizin başçısı Uruqvay Respublikasının Prezidenti Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Uruqvay dövlətinin başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35

