Milli Məclisin mətbuat xidmətinin məlumatı
16.11.2016 [09:41]
Son dövrlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti (AP) arasında əlaqələrin bərpa olunması və müsbət dinamika qazanması AP daxilində bəzi qüvvələri və bir sıra antiazərbaycan dairələrini narahat edir. Bu isə son nəticədə AP plenar sessiyasında qəbul edilməsi nəzərdə tutulan “Dünyada insan hüquqları və demokratiya və Avropa İttifaqının bu sahədəki siyasəti üzrə illik hesabat” adlı sənədə verilən bəzi düzəlişlərdə ölkəmizin adının qəsdən mənfi kontekstdə hallandırılmasında özünü büruzə verib. 2015-ci ili əhatə edən bu hesabat layihəsində ümumilikdə Azərbaycan ilə bağlı narahatlıq doğuran hər hansı fikir mövcud deyil. Lakin hesabatın layihəsinə bir neçə deputat tərəfindən edilən 104 və 750 saylı düzəlişlər birbaşa ölkəmizə qarşı qərəzli olub və subyektiv xarakter daşıyıb.
Cari ilin sentyabr ayında Azərbaycana səfər etmiş AP heyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və ikitərəfli münasibətlərimizə dair konseptual yanaşmanı avroparlamentarların diqqətinə çatdırması AP ilə Milli Məclis arasında münasibətlərin bərpasına zəmin yaradıb. Bu, eyni zamanda, Azərbaycanın mövqeyinin AP-də daha aydın anlaşılmasına və ölkəmizlə hərtərəfli əməkdaşlığı dəstəkləyən qüvvələrin artmasına gətirib çıxarıb. Məhz bunun nəticəsi olaraq qeyd edilən düzəlişlər AP-nin öz üzvləri tərəfindən də müsbət qarşılanmayıb.
Məsələ ilə bağlı Milli Məclis rəhbərliyi tərəfindən də müvafiq addımlar atılıb. O cümlədən, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tərəfindən AP-nin xarici əlaqələr komitəsinin sədri Elmar Broka, Avropa İttifaqı (Aİ)-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tərəfindən avropalı həmkarı Səyyad Kərimə, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri Fuad Muradov tərəfindən təşkilatın həmsədri xanım Heydi Hautalaya məsələ ilə bağlı məktublar ünvanlanıb.
Vaxtında atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində sözügedən düzəlişlər AP-nin xarici əlaqələr komitəsinin iclasında dəstək görməyib və səsvermə ilə rədd edilib.
Bu hadisə bir daha göstərir ki, Aİ ilə Azərbaycan, o cümlədən AP ilə Milli Məclis arasında münasibətlərin hərtərəfli inkişafında maraqlı olan rasional qüvvələr artıq daha güclüdür. Həmçinin Aİ və onun strukturları ilə münasibətlərimizin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xətt üzrə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün siyasi iradə qarşılıqlıdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43

