Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək
05.06.2009 [09:19]
Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək. Sammitdə Rusiya prezidenti Dmitri Medvedevin və digər MDB-yə üzv olan digər ölkələrin dövlət başçılarının iştirakı nəzərdə tutulub. Tədbirdə MDB dövlətlərinin hökumət üzvlərindən bəzilərinin çıxışı da istisna olunmur. Ənənəvi olaraq hər il keçirilən və “Rus Davosu” adlandırılan sammitdə birliyə daxil olan ölkələrin tanınmış şirkətlərinin və banklarının da iştirakı planlaşdırılır. ümumiyyətlə, həm də Beynəlxalq İqtisadi Forum adını qazanmış Sankt-Peterburq sammitində qlobal məsələlər, xüsusilə də beynəlxalq maliyyə böhranı, enerji təhlükəsizliyi, bəzi ölkələrdə yaranmış ərzaq qıtlığı problemi, iqlim dəyişiklikləri və digər istiqamətlər üzrə müzakirələrin aparılması nəzərdə tutulur. Xatırladaq ki, sonuncu dəfə bu cür qeyri-formal sammit ötən il iyun ayının 6-da keçirilib.
Bir çox ekspertlər Sankt-Peterburq forumunu hətta aprel ayında Londonda keçirilmiş “Böyük iyirmiliy”in sammitinin davamı kimi də qiymətləndirirlər. Onların qənaətinə görə, MDB-də maliyyə və valyuta böhranlarının davam etməsi, iqtisadi geriləmə hallarının müşahidə olunması bu gün başlıca qlobal problemlərdəndir və bununla bağlı əhatəli kompleks tədbirlər görülməlidir. MDB dövlətlərinin birgə iqtisadi inkişaf strategiyası, eyni zamanda, Avropa və Asiya ölkələrinin böhrandan çıxması üçün mühüm rol oynaya bilər. MDB regionu dövlətləri ərzaq təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və enerji resurslarının diversifikasiyasında strateji mövqeyə malik olduğundan Avropa ölkələri bu qurumun təklif etdiyi antiböhran paketinin reallaşmasına dəstək göstərməlidir. Bəzi ekspertlərin fikrincə, böyük dövlətlərin maraqları böhrana qarşı konseptual iqtisadi mexanizmlərin hazırlanaraq həyata keçirilməsinə mane olur. Buna görə də Rusiyanın və MDB-nin inkişaf etmiş digər dövlətlərinin böhranla mübarizəyə dair təklif etdiyi müddəalar Avropa İttifaqı və beynəlxalq maliyyə institutları tərəfindən qəbul olunmalıdır.
MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun bildirib ki, Birlik çərçivəsində daxili bazarın maksimum dərəcədə qorunması, bank vəsaitlərinin perspektivli biznes-layihələrinin sərmayələşdirilməsinə yönləndirilməsi, hətta MDB-yə üzv ölkələrin sərhədlərindən xaricə kapital ixracının qarşısının alınması və sair təklifləri nəzərdə tutan proqramın hazırlanması lazımdır. Bu proqram, həmçinin, dünya bazarlarında baş verən spekulyasiyaların ləğvini, maliyyə bazarlarına nəzarətin gücləndirilməsini, maliyyə inamının bərpa olunması üçün bankların likvid fəaliyyətinin artırılmasını, beynəlxalq ticarətin stimullaşdırılmasını, ticarətdə mövcud olan proteksionizm siyasətinin qarşısının alınmasını və digər istiqamətləri də özündə əks etdirir. V.Qarkun MDB daxilində iqtisadi canlanma yaratmaq üçün iri banklar tərəfindən maliyyə axınlarının gücləndirilməsi ilə bağlı qərarın qəbul edilməsini də vacib saydığını diqqətə çatdırıb. O, həmçinin, Birlik daxilində vergidən yayınma hallarına qarşı birgə mübarizə tədbirlərinin həyata keçirilməsini də zəruri sayır. Vladimir Qarkun deyib ki, böhranın doğurduğu neqativ hallara qarşı Birlik dövlətləri tərəfindən birgə addımların atılması məqsədəuyğundur. MDB dövlətləri dünya iqtisadi-maliyyə böhranının öyrənilməsi və onun arxada qoyulması ilə bağlı müvafiq təkliflərin hazırlanması ilə məşğul olmalıdır. MDB İcraiyyə Komitəsinin birinci müavini həmin təkliflərin Sankt-Peterburq sammitində müzakirəyə çıxarılacağını istisna etməyib.
Rusiyanın “Qazprom” şirkətinin sədri Aleksey Miller isə sammitqabağı rus KİV-lərinə açıqlamasında bildirib ki, MDB ölkələrinin qaz və neft marşrutlarının birləşdirilməsi üçün ciddi addımların atılması vacibdir. Bu layihələri gerçəkləşdirmək üçün regionun zəngin enerji təchizatçıları olan dövlətlərinin dəstəyinə ehtiyac var. Onun fikrincə, Azərbaycan və Türkmənistanın enerji marşrutlarının diversifikasiyası ilə bağlı yürütdüyü siyasət bu cür enerji dəhlizlərinin yaradılmasına imkan verir.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda MDB regionunda ən iri aqrar-sənaye kompleksinin yaradılmasını nəzərdə tutan “Yaşıl dəhliz” layihəsi ilə bağlı təkliflərin müzakirə ediləcəyi də güman olunur. Bu layihə birbaşa kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin yaxşılaşdırılmasını əhatə edir. Bundan başqa, MDB dövlətlərinin nəqliyyat-kommunikasiya sahəsində birgə layihələrinin də sammitdə müzakirə olunacağı istisna edilmir. Burada əsas məqsəd dəmir yolu sahəsində bu quruma üzv olan ölkələrin əməkdaşlığının daha da genişləndirilməsini, həmçinin, 2010-cu ilədək razılaşdırılmış nəqliyyat siyasəti konsepsiyasının ən mühüm hədəflərini müzakirə etməkdir. MDB və Baltikyanı ölkələrin nəqliyyat qurumları arasında əlaqələr, birgə layihələr barədə fikir mübadiləsinin aparılması da nəzərdə tutulub. Azərbaycanın da müəllifi olduğu Şimal-Cənub layihəsi ümumilikdə MDB ölkələri ilə qarşılıqlı nəqliyyat əlaqələrinin həyata keçirilməsi ilə yanaşı, Avropa ilə Asiyanı birləşdirəcək ən böyük layihələrin gerçəkləşdiyi strateji məkan kimi xüsusi əhəmiyyət daşıyır.
Sankt-Peterburq sammitində MDB-nin gələcək inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi, Birlik ölkələrinin miqrasiya siyasəti kimi strateji əhəmiyyət kəsb edən məsələlərin də müzakirəsi nəzərdə tutulur. Bu məqsədlə MDB çərçivəsində təhlükəsizliyin təmin edilməsi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, Birliyin iqtisadi inkişaf strategiyasının formalaşdırılması, nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Eyni zamanda, MDB-nin gələcək inkişaf konsepsiyasının hazırlanması nəzərdə tutulur. Bir sözlə, MDB-nin effektiv çoxtərəfli əməkdaşlıq formatının yaradılması üçün səylərin artırılması sammitin strateji məqsədlərindən biridir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10

