/ / Prezident İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
26.04.2017 [09:12]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir Teruyuki Katori fəxri qarovul dəstəsinin qarşısından keçib.
Teruyuki Katori etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu və geniş sahələri əhatə etdiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi və genişləndirilməsində maraqlıdır. İqtisadi əlaqələrimizin də yüksək səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu əməkdaşlığın enerji, bank sektoru və digər sahələri əhatə etdiyini deyib və Yaponiya hökumətinin dəstəyi ilə bir çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev Yaponiya şirkətlərinin Azərbaycanda investor və kontraktor qismində fəaliyyət göstərməsi üçün yaxşı şəraitin mövcud olduğunu deyib. Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, səfir Teruyuki Katorinin ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcək.
Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori Yaponiya İmperatoru əlahəzrət Akihitonun salamlarını dövlətimizin başçısına çatdırıb. O, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu deyib. Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin mövcud olduğunu qeyd edən səfir Teruyuki Katori əlaqələrimizin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Yaponiya şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunulub, ölkələrimiz arasında müasir texnologiyalar, neft və kimya, əczaçılıq, ağır sənaye, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Yaponiyaya səfəri zamanı İmperator əlahəzrət Akihito ilə görüşünü məmnunluqla xatırlayaraq Onun da salamlarını Yaponiya İmperatoruna çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

