/ / Bu gün həyata keçirilən enerji layihələri Ulu öndərin 40 il əvvəl müəyyənləşdirdiyi neft strategiyasının təməl prinsiplərinə əsaslanır
Bu gün həyata keçirilən enerji layihələri Ulu öndərin 40 il əvvəl müəyyənləşdirdiyi neft strategiyasının təməl prinsiplərinə əsaslanır
14.07.2009 [14:28]
Azərbaycanın davamlı inkişafının əsasını qoymuş ümummilli lider Heydər Əliyev respublikamızın neft-qaz və digər enerji resursları ilə təmin olunmasını, bu ehtiyatların dünya bazarlarına nəqli yolu ilə Azərbaycanın iqtisadi və siyasi təhlükəsizliyinin möhkəmlənməsini, eləcə də ölkəmizin regionda mövqeyinin güclənməsini başlıca strateji istiqamətlərdən hesab edirdi. Ulu öndərin hazırladığı neft siyasəti və enerji konsepsiyası respublikamızda bütün iqtisadi sahələrin inkişafı üçün əhəmiyyətli zəmin yaradıb.
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə - 1969-1982-ci illərdə neft sənayesinin inkişaf etdirilməsi üçün genişmiqyaslı proqramlar hazırlanaraq həyata keçirilib. Yeni neft siyasətinin həyata keçirilməsi Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Neftayırma zavodlarının köklü surətdə yenidən qurulması, Xəzərin ehtiyatlarının geoloji kəşfiyyatı və yeni yataqların işlənməsi bu illərdə daha geniş miqyas alıb. Həmin dövrdə Azərbaycanda ən iri neftayırma qurğusu (ELOV-AVT) işə salınıb. 1970-80-ci illərdə Azərbaycanda iri dəniz neft donanması yaradılıb. Dənizin 200 metr dərinliyində 6 min metrlik quyuqazmağa qabil olan “Şelf-2” qurğusunun istismara buraxılması da məhz Ulu öndər Heydər Əliyevin əməyi sayəsində mümkün olub. Azərbaycan məhz 1970-ci illərdə öz neft strategiyasını gerçəkləşdirməklə malik olduğu təbii sərvətlərindən səmərəli istifadə edib və ölkənin güclü sosial-iqtisadi inkişafına nail olunub.
ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsində respublikamızın enerji siyasətinə yeni komponentlər əlavə olundu və Azərbaycan dünyanın neft və qaz mərkəzinə çevrilməyə başladı. Respublikamızın dünya iqtisadiyyatına inteqrasiya olunması, ən nəhəng şirkətlərlə sıx təmasların yaradılması və dünyanın aparıcı dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin qurulması gərgin iş bahasına əldə olundu və bu strategiyanın gerçəkləşməsi məhz Heydər Əliyevin qətiyyəti sayəsində mümkün oldu. Həmin dövrdəki ictimai-siyasi vəziyyəti nəzərə alsaq, dünyanın ən nəhəng neft kompaniyalarını Azərbaycana cəlb etməyin nə dərəcədə çətin olması hamıya aydındır. AXC-Müsavat hakimiyyəti ölkəmizə qarşı elə bir inamsızlıq sindromu yaratmışdı ki, əcnəbi iş adamları Azərbaycanı qeyri-sabit və iş fəaliyyəti üçün əlverişsiz respublika kimi təsəvvür edirdilər. Ona görə də, heç bir xarici şirkət risq edərək ölkəmizdə layihə həyata keçirmək istəmirdi. Xarici neft şirkətlərində yaranmış bu cür psixoloji baryeri dağıtmaq, Azərbaycanda əlverişli investisiya mühitinin yaradılmasını sübut etmək, yatırılan bütün sərmayələrin qorunmasına təminat vermək asan iş deyildi. Amma bunu da Dahi lider Heydər Əliyev kimi dahi şəxsiyyət, unikal idarəetmə qabiliyyətinə malik dövlət xadimi bacardı. Ulu öndər Heydər Əliyev dünyanın ən nəhəng neft və qaz kompaniyalarını inandırdı ki, Azərbaycana sərmayə qoymaqla ən yaxın zamanda bütün investorlar böyük fayda əldə edə biləcəklər. Heydər Əliyevə olan inam xarici sərmayəçilər üçün ən etibarlı təminat idi.
Respublikamızın müstəqilliyinin əsaslarının möhkəmlənməsində strateji əhəmiyyət daşıyan və regionda söz sahibinə çevrilməsinə səbəb olan “Əsrin Müqaviləsi”nin imzalanması da məhz Ulu öndər Heydər Əliyevin siyasi qətiyyətinin nəticəsi idi. Ulu öndər deyirdi: “Bu xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir”. “Əsrin müqaviləsi”ni imzalanmasının ardınca 1997-ci ilin noyabrında “çıraq” yatağından ilk ixrac neftinin hasilatına başlandı. Neft resurslarının Qərb bazarlarına nəqlinə başlanması Azərbaycanın iqtisadiyyatının möhkəmlənməsinə gətirib çıxardı. Həmin dövrdə Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ölkəyə valyuta axınlarının daxil olması üçün yol açmış oldu.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan yeni neft strategiyasının ən həlledici mərhələsi 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılış mərasiminin keçirilməsi ilə bağlıdır. Dünya əhəmiyyətli hadisələrdən biri kimi səciyyələndirilən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi ilə enerji strategiyası yeni eraya qədəm qoymuş oldu. Türkiyənin Ceyhan limanından dünya bazarlarına nəql olunan Azərbaycan neftinin ixracının başlanması XXI əsrin ən böyük hadisəsi idi.
Ulu öndər Heydər Əliyevin ağır və gərgin zəhmət hesabına imzalanmasına nail olduğu “Əsrin Müqaviləsi”nin həyata keçirilməsindən sonra qarşıda digər çətin sınaqlar dururdu. Neft müqavilələrinin imzalanması hələ hər şey demək deyildi, neftin dünya bazarına nəqli üçün boru kəmərinin çəkilməsini qətiləşdirmək vacib idi. Ulu öndər Azərbaycanın enerji siyasətinin əsas hədəflərindən biri kimi yanacağın Şərq-Qərb marşrutları ilə nəqlini nəzərdə tuturdu. Buna görə də, Heydər Əliyev Qərb istiqamətində etibarlı və təhlükəsizlik dəhlizinin yaradılması üçün ciddi səylər göstərirdi.
ümummilli lider Heydər Əliyev Azərbaycanın Xəzər dənizindəki sektorundan çıxarılacaq neftin Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarlarına nəqlini nəzərdə tutan layihənin - Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsini vacib hesab edirdi. Həmin dövrdə siyasi və iqtisadi təzyiqlərin olmasına baxmayaraq, dahi şəxsiyyət qəti addımlar atmağa qərar verməklə əzmkarlığını nümayiş etdirdi. “Əsrin Müqaviləsi”nin imzalandığı dövrdə respublikamıza xarici təsir olduğu kimi BTC-nin də çəkilməsi ilə bağlı işlərə hazırlıq dövründə də bu müdaxilələr mövcud idi. Ulu öndərin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə həmin dövrdə mane olaraq ixrac marşrutunun reallaşmasını istəməyənlər var idi. Hətta Avropa dövlətlərində də bu layihənin gerçəkləşməsinə qarşı çıxanlar var idi. ümumiyyətlə, bu dövrdə xarici ölkələrdə müəyyən tərəddüd yaranmışdı, beynəlxalq maliyyə institutları layihənin baş tutacağına inanmırmış kimi vəsait ayırmaqda qəti qərar verə bilmirdi. Bütün bu kimi faktorlar BTC-yə olan inamı azaltmış olurdu. Lakin Ulu öndər Heydər Əliyevin dərin inamı və qətiyyəti layihənin reallaşmasına olan inamı artırırdı. ümummilli lider Heydər Əliyev başladığı işin möhtəşəm sonluqla başa çatacağına əmin olduğundan xarici təsirlərə, müxtəlif qurumların tərəddüdlərinə əhəmiyyət vermirdi və hər dəfə uğurlu nəticələrə səbəb olan addımlar atırdı.
Ulu öndərin Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilişinə dair şirkətin yaradılması barədə Sərəncamı layihə ilə bağlı işlərin sürətlənməsinə təkan vermiş oldu. Az müddət sonra ümummilli lider dünyanın aparıcı ölkələri ilə bu kəmərin çəkilişi üçün siyasi qərarın verilməsinə nail oldu. 1999-cu ilin noyabrında ATƏT-in İstanbul Zirvə toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri və ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası sazişin imzalanması bu məsələnin də həllinə nöqtə qoydu və Azərbaycanın region üçün aparıcı dövlətə çevrilməsini şərtləndirmiş oldu. Onu da qeyd etmək lazımdır ki, BTC-nin reallaşmasında Amerika hökumətinin dəstəyi də xüsusi əhəmiyyətə malikdir. Amerika Birləşmiş Ştatları hökumətinin yaxından dəstəyi layihənin həyata vəsiqə almasında olduqca mühüm rol oynayıb.
BTC-nin ən həlledici mərhələlərindən biri kəmərin təməlinin qoyulması ilə bağlıdır. 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Təxminən üç il sonra, 2005-ci ilin mayın 25-də kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk neft vuruldu. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salındı. Rəsmi açılış gününədək - iyulun 13-dək artıq Ceyhan limanından 4,8 milyon barel Azərbaycan nefti yüklənmiş 7 tanker yola salınmışdı.
Göründüyü kimi, BTC həddindən artıq gərgin əməyin və qətiyyətin nəticəsində reallaşıb. 12 illik işin nəticəsi olan bu kəmərin çəkilişi üçün olduqca çox ağır işlər görülüb. ABŞ-ın və xarici şirkətlərin səylərinə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi yalnız Ulu öndər Heydər Əliyevin rəşadəti hesabına mümkün oldu. ümummilli lider Heydər Əliyevin böyük siyasi bacarığı, müdrikliyi, uzaqgörənliyi və əzmkarlığı nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri gerçəyə çevrildi.
BTC-nin reallaşması Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və sabitliyin təminatında əhəmiyyətli faktor rolunu oynamaqla yanaşı, bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən siyasi-iqtisadi hadisə idi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə yol açmaqla bərabər, yeni enerji dəhlizləri üçün açar rolunu oynadı. Heydər Əliyevin şah əsəri olan BTC Azərbaycana xarici sərmayələrin axınına və investorların ölkəmizə inamının tamamilə möhkəmlənməsinə baza yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması bölgədə gedən prosesləri sürətləndirdi və yeni enerji dəhlizlərinin əsasının qoyulmasına yol açdı. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi, yeni enerji marşrutlarının çəkilişi istiqamətində səylərin gücləndirilməsi Heydər Əliyevin əsasını qoyduğu enerji siyasətinin məntiqi davamıdır.
Bu gün həyata keçirilən enerji layihələri, yeni tranzit marşrutlarının gerçəkləşməsi Ulu öndərin 40 il əvvəl müəyyənləşdirdiyi neft strategiyasının təməl prinsiplərinə əsaslanır. Bu gün həyata keçirilən diversifikasiya siyasətinin, çoxşəbəkəli enerji marşrutları strategiyasının və ümumilikdə TransAvrasiya enerji sisteminin yaradılması siyasətinin bütün elementlərinin bazasında ümummilli lider Heydər Əliyevin ötən əsrin sonlarında müəyyən etdiyi neft strategiyası dayanır.
BTC kəməri ilə ildə 50 milyon ton, yəni, gün ərzində 1 milyon barel Azərbaycan nefti nəql etmək mümkündür. Qazaxıstanın BTC-yə qoşulması və öz neftini həmin kəmər vasitəsilə dünya bazarlarına çıxarmaq niyyəti daha çox neft ixracına zərurət yaradır. Eyni zamanda, Türkmənistanın da BTC ilə neft nəql etməsi istisna olunmur. Bu məqsədlə layihənin səhmdarları BTC-nin genişləndirilməsi üçün işlərə başlayıb. Kəmər genişləndirildikdən sonra BTC ilə gün ərzində 1,3 milyon barel neft nəql etmək mümkün olacaq. Beləliklə, layihənin dünya üçün əhəmiyyəti artır və nəticədə Azərbaycanın bölgədə nüfuzu güclənir. Azərbaycan həm neft-qaz hasil edən ölkə kimi, eyni zamanda, tranzit ölkə kimi dünyanın karbohidrogen ehtiyatları ilə təminatında əsas dövlət olmaqla yanaşı, eyni zamanda, regionun təhlükəsizliyinin geniş formatının zənginləşməsinə səbəb olmaqdadır.
Onu da nəzərə almaq lazımdır ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin açılış mərasimi günü ilə ümummilli liderin ilk dəfə hakimiyyətə gəldiyi gün eyni günlərə təsadüf edir. Belə ki, Ulu öndər iyulun 14-də hakimiyyətə gələrək neft strategiyasının əsaslarını yaradıb. İyulun 13-də isə Onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan kəmərinin rəsmi açılış mərasimi olub. Unutmaq olmaz ki, bu, həm də tarixi qanunauyğunluq və dialektikadır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41

