Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Latviya Prezidenti Valdis Zatlers Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb

Latviya Prezidenti Valdis Zatlers Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb

12.08.2009 [11:44]

Azərbaycanda səfərdə olan Latviya Prezidenti Valdis Zatlers dünən onun üçün ayrılmış iqamətgahda Baş nazir Artur Rasizadə ilə görüşüb. Latviya dövlətinin başçısı bu səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə aparılmış danışıqları yüksək qiymətləndirərək vurğulayıb ki, həmin danışıqlar bütün sahələrdə ikitərəfli əlaqələrin genişlənməsinə xidmət edəcək. Prezident Valdis Zatlers iqtisadi sahədə Latviya-Azərbaycan əməkdaşlığının perspektivlərindən bəhs edərək, səfər zamanı imzalanmış ikitərəfli sənədlərin qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətini vurğulayıb.
Baş nazir Artur Rasizadə Prezident Valdis Zatlersə son illərdə Azərbaycanda həyata keçirilmiş iqtisadi islahatlar barədə məlumat verib. O, əmin olduğunu bildirib ki, Latviya dövlətinin başçısının Azərbaycana rəsmi səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə təkan verəcək.
Paylaş:
Baxılıb: 1432 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31