Heydər Əliyev Mərkəzinin tikintisi uğurla davam etdirilir
10.09.2009 [09:35]
Mərkəzin ərazisində yerləşən 5 köhnə yaşayış binası tezliklə söküləcək. Həmin binaların sakinləri dövlət başçısının xüsusi tapşırığına əsasən yeni inşa olunan binalardakı daha geniş, müasir tələblər səviyyəsində təmir edilən mənzillərə köçəcəkləri günü səbirsizliklə gözləyirlər. Bu binalar ötən əsrin 60-cı illərinin əvvəllərində istismara verilib və müasir standartlardan xeyli geri qalır.
Mənzillər darısqal, kommunikasiyalar isə 50 il bundan qabaqkı səviyyədədir. Köhnə binaların sakinləri artıq yeni mənzilləri ilə tanış olublar.
Yeni mənzillər əvvəlki yaşayış yerinin yaxınlığında yerləşir. Əliyar Əliyev küçəsindəki 15-20 mərtəbəli bu binalara 249 ailə köçürüləcək. Həmin tikililər “AZİNKO” şirkətlər qrupu tərəfindən inşa olunub. İndi burada son tamamlama işləri aparılır.
Yeni binalar paytaxtın mərkəzində, metronun “Nərimanov” stansiyasının yaxınlığında yerləşir. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılır. Binalar su, elektrik enerjisi və təbii qazla təchiz olunur. Yeraltı qarajın sahəsi 18 min kvadratmetrdir. Yaşayış kompleksində ticarət, xidmət və iaşə obyektləri, uşaq bağçası fəaliyyət göstərəcək. Binaların hər birində Yaponiyanın “Mitsubishi” şirkətinin istehsal etdiyi sürətli liftlər quraşdırılıb.
Yeni mənzillər müasirliyi ilə seçilir, rahat yaşayış üçün burada hər cür şərait yaradılıb. Köhnə binalardakı təxminən 30 kvadratmetrlik mənzillərin sahiblərinə yeni binalarda 80-90 kvadratmetr sahəsi olan mənzillər ayrılıb. 50-60 kvadratmetrlik mənzillərə malik sakinlər isə 110-120 kvadratmetrlik mənzillərə köçəcəklər.
Sakinlər sahəcə daha böyük, hər cür şəraitlə təmin olunmuş geniş mənzillərlə heç bir vəsait ödəmədən təmin olunduqlarına görə, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. 249 ailə yaxın vaxtlarda - oktyabrın 15-nə qədər yeni mənzillərə köçürüləcək.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40

