/ / Dövlət yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ardıcıl və effektiv addımlar atmaqdadır
Dövlət yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ardıcıl və effektiv addımlar atmaqdadır
30.09.2009 [15:51]
Azərbaycanda hər bir sahədə müşahidə edilən yüksək inkişaf tendensiyası nəqliyyat sektorunda da nəzərə çarpmaqdadır. Təsadüfi deyil ki, nəqliyyat infrastrukturunun şaxələndirilməsi və inkişafı istiqamətinda ardıcıl və yüksək göstəricilərə əsaslanan uğurlu addımlar atılmaqdadır. Belə ki, atılan bu addımlarla mövcud zəngin potensialdan səmərəli şəkildə istifadə edilərək yol infrastrukturunun və buna yanaşı sahələrin inkişafı istiqamətində uğurlu nəticələr əldə edilir. Bununla da nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində qarşıda duran bütün vəzifələr uğurla reallaşdırılır. Bu isə onu deməyə əsas verir ki, bu sahə davamlı iqtisadi inkişafın başlıca strateji istiqamətlərindən və göstəricilərindən birini təşkil etməkdədir. ölkəmizdə aparılan abadlıq və yenidənqurma işləri, eləcə də nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi sosial, iqtisadi, mədəni, ekoloji və digər sahələr baxımından mühüm əhəmiyyət kəsb etməkdədir. Belə ki, nəqliyyat sisteminin təkmilləşdirilməsi və bu yöndə aparılan abadlıq-quruculuq işlərinin daha da intensivləşdirilməsi vətəndaşlara daha təhlükəsiz, iqtisadi cəhətdən əlverişli və rahat nəqliyyat əlaqəsi yaratmağa imkan verir. Bu baxımdan “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na müvafiq olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Mərdəkan dairəsi və Bilgəh qəsəbəsi istiqamətində yenidən qurulan avtomobil yolu mühüm əhəmiyyət kəsb edir. Eyni önəmi Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması işinə də şamil edə bilərik. Belə ki, Bilgəh-Sumqayıt yolu paytaxtın şimal hissəsindən, eləcə də Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Goradil, Novxanı, Saray, Corat, Sumqayıt istiqamətində davam etməklə bu ərazidə yaşayan və istirahət mərkəzlərində dincələn vətəndaşların rahat hərəkəti, gediş-gəlişi üçün xüsusi əhəmiyyət kəsb edir. Avtomobil yolu, eyni zamanda, Sumqayıt şəhəri və şimal bölgələrində yaşayan əhalinin paytaxtın mərkəzinə daxil olmadan, 30 kilometr məsafəyə qənaət etməklə Bakı kəndlərinə, dənizkənarı istirahət mərkəzlərinə, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limanına sərbəst, səmərəli və rahat çıxışını təmin edəcək. Bununla yanaşı, Bilgəh-Sumqayıt yolu Maştağa-Zabrat-Sabunçu, Nardaran-Maştağa-Bilgəh, Novxanı-Masazır, Sumqayıt-Saray-Tağıyev qəsəbəsi istiqamətində yaşayan və istirahət edən vətəndaşlara da Bakı şəhərinə daxil olmadan Bakı-Rusiya magistralına çıxış imkanı yaradacaq. Qısası, sadalananlar onu deməyə əsas verir ki, vətəndaşlara səmərəli və rahat həyat şəraiti və hərəkət istiqamətlərinin yaradılması baxımından reallaşdırılan layihələr çox böyük əhəmiyyət daşıyır.
Digər tərəfdən, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və bu sahədə mühüm tədbirlərin həyata keçirilməsi zamanı tətbiq edilən xüsusi və müasir texnologiyalar da yüksək nəticə və göstəricilərin əldə edilməsinə birmənalı müsbət təsir göstərir. Bu istiqamətdə inşa edilən komplekslər hərəkətin son dərəcə sıx olduğu ərazilərdə tıxacların aradan qaldırılmasında və piyadaların təhlükəsizliyinin təmin edilməsi yönündə xüsusi önəm kəsb edir. Bu baxımdan, Bakının Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində tikilmiş yeni yol qovşağı kompleksi xüsusi olaraq qeyd edilməlidir.
Bununla yanaşı, həmin istiqamətdə atılan addımlar və aparılan abadlıq-quruculuq işləri ekoloji tarazlığın təmin edilməsi işinə də mühüm töhfə verir. Belə ki, salınan yol qovşaqları, inşa edilən körpülər və bu kimi infrastruktur obyektləri ekoloji baxımdan olduqca effektiv və təhlükəsizdir. Paytaxtın müxtəlif hissələrində inşa edilən və istifadəyə verilən körpülərdə yağış sularının yığılıb qalmaması üçün xüsusi kollektor, yan yollarda isə kanalizasiya xətləri tikilib. Bununla yanaşı, inşa edilən hər bir obyektin ətraf ərazilərində çəmənliklər salınıb, müxtəlif ağac və kollar əkilib. Bu da ekoloji təmizlik və estetik baxımdan olduqca müsbət təsir bağışlayır.
Mühüm məqamlardan biri də budur ki, artıq, bütün infrastruktur layihələri yerli şirkətlər tərəfindən həyata keçirilir. Yerli şirkətlər nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və şaxələndirilməsi istiqamətində ən son-müasir texnologiyalardan səmərəli şəkildə istifadə edirlər. Bu isə, Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın inkişafını, onun istənilən layihəni uğurla icra edə bilməsini göstərir: “Bakıda son illər ərzində tikilən körpülər, yol qovşaqları, bütün yol infrastrukturu həm gözəllik, həm keyfiyyət, həm də funksional baxımdan ən yüksək səviyyədədir”.
Bunların sırasında Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-134-cü kilometrinin istifadəyə verilməsi də xüsusi qeyd edilməlidir. Hazırda yolun Dəvəçi şəhəri ərazisindən keçən hissəsində - Dəvəçi çayı üzərində uzunluğu 544, eni 23, hündürlüyü isə 21 metr olan körpünün tikintisi sürətlə davam etdirilir. Qeyd edək ki, bu, Azərbaycanda tikilən ən uzun və hündür körpüdür. Körpü nəqliyyat vasitələrinin hərəkət istiqamətini qısaltmaqla yanaşı, rahat və sərfəli hərəkəti də təmin edəcək. ümumilikdə, 2015-ci ilə qədər 3578 km respublika, 592 km uzunluqda isə yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulur.
Onu da qeyd edək ki, nəqliyyat infrastrukturunun şaxələndirilməsi və inkişaf etdirilməsi yönündə xarici maliyyə institutları ilə qarşılıqlı-faydalı əməkdaşlıq edilməkdədir. Belə ki, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində bir sıra maliyyə institutlarının sərmayələrindən istifadə edilir. ötən illər ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə qurumları nəqliyyat sahəsində bir sıra effektiv addımların atılması istiqamətində Azərbaycana işbirliyi təklif ediblər. Bu da onu deməyə əsas verir ki, nəqliyyat sektorunda Azərbaycanın atdığı addımlar beynəlxalq maliyyə institutları və sərmayədarları tərəfindən daim diqqət mərkəzində saxlanılır...
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxSiyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31

