/ / Xəzər dənizi-Qara dəniz əməkdaşlığı baxımından Rumıniya-Azərbaycan əlaqələrinin çox böyük əhəmiyyəti var
Xəzər dənizi-Qara dəniz əməkdaşlığı baxımından Rumıniya-Azərbaycan əlaqələrinin çox böyük əhəmiyyəti var
01.10.2009 [11:06]
Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Buxarestdə Rumıniya Prezidenti Trayan Besesku və xanımı Mariya Beseskunun adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
Əvvəlcə Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirilib.
Rumıniya Prezidenti Trayan Besesku ziyafətdə çıxış edərək deyib ki, keçirilən görüşlər, daimi siyasi dialoq Rumıniya-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olmasını və yeni mərhələyə qədəm qoyduğunu əks etdirir: “Dekabrın 11-də ikitərəfli münasibətlərimizin yeni ildönümünü qeyd edəcəyik. Hesab edirəm ki, əlaqələrimizin son 18 ili ərzində biz ölkələrimizin rifahı naminə bütün təmasları qurmuş və istənilən ümumi layihələrdə iştirak etmişik. Bu səbəbdən biz əməkdaşlığımızı dərinləşdirərək, tərəfdaşlığımızı gücləndirərək və ona yeni çalarlar gətirərək yeni mərhələyə çıxmaq qərarına gəldik. Rumıniya ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq aparılan xarici siyasətin uğurudur, Azərbaycan ilə Avropa və Avratlantik strukturlar arasında əlaqələrin gücləndirilməsinə töhfə verir.
Region dövlətləri ilə əla münasibətlərə malik olan Rumıniya öz təcrübəsinə əsaslanaraq Avropanın regionda daha qətiyyətli olmasına böyük səylər göstərmiş, region dövlətlərinin Avropaya inteqrasiyası perspektivlərini genişləndirmişdir. Eyni zamanda, qeyd etməliyəm ki, regionda dondurulmuş münaqişələrin olması həm regional səviyyədə, həm də Avropa səviyyəsində təhlükə mənbəyidir”.
Prezident Trayan Besesku bildirib ki, Rumıniya ərazisində həll edilməmiş münaqişələr olan dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək verir. Trayan Besesku Rumıniya ilə Azərbaycan arasında gözəl münasibətlərin olmasını onunla əlaqələndirib ki, regionda aktual məsələlərlə bağlı ölkələrimizin ümumi siyasi baxışları var və siyasi mövqelərimiz üst-üstə düşür: “Enerji təhlükəsizliyi, enerji daşıyıcılarının nəqli və Avropaya müxtəlif nəql marşrutlarının olması ilə bağlı rəylərimiz eynidir. Aydın faktdır ki, Avropa İttifaqı region ölkələri ilə enerji sahəsində əməkdaşlığını gücləndirərək, siyasi münasibətlərə və qonşuluq siyasətinə təkan vermişdir. ümidvar olduğumu bildirmək istəyirəm ki, Rumıniya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa söykənən strateji tərəfdaşlıq və əla siyasi işbirliyi Avropa İttifaqının həmin region dövlətləri ilə münasibətlərini daha da möhkəmləndirəcəkdir. Xanımlar və cənablar, ümid edirəm ki, Azərbaycan və Rumıniya digər region dövlətləri ilə birgə vətəndaşlarımızın rifahına xidmət edəcək və regiona tərəqqi gətirəcək mühüm layihələrin həyata keçirilməsinə çalışacaqlar. Azərbaycan dünya ictimaiyyətinə dəfələrlə nümayiş etdirib ki, o, etibarlı tərəfdaşdır. Biz Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk. NATO-nun Əfqanıstandakı əməliyyatlarına verdiyi dəstək rəsmi Bakının bu istiqamətdə apardığı işlərin konkret nümunəsidir. Orada Rumıniya və Azərbaycan əsgərləri təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə töhfə verirlər. Rumıniya Prezidenti bir daha əmin olduğunu bildirib ki, ölkələrimiz arasındakı münasibətlər və bu səfər çərçivəsində imzalanan sənədlər əlaqələrimizə daha zəngin məzmun vermiş, regional səviyyədə apardığımız dialoqa töhfə olmuşdur”.
Prezident İlham Əliyev ziyafətdə çıxış edərək deyib ki, Rumıniya-Azərbaycan münasibətlərinin çox böyük əhəmiyyəti var: “İnanıram ki, ölkənizə rəsmi səfərim, səfər zamanı ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq məsələlər ətrafında apardığımız danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafına təkan verəcəkdir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Rumıniya bizi tanıyan ikinci dövlət olmuşdur. Elə o vaxtdan ikitərəfli münasibətlər qarşılıqlı anlaşma, dostluq prinsipləri əsasında inkişaf etməyə başlamışdır. Müxtəlif sahələrdə əlaqələrimizin inkişafını təmin edən 40-dan çox sənəd imzalanmışdır. Bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə demək olar ki, son illər ərzində görülən işlərin zirvəsi və məntiqi nəticəsidir. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. İqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün çox gözəl perspektivlər vardır. Regional əməkdaşlıq baxımından, Xəzər dənizi-Qara dəniz əməkdaşlığı baxımından Rumıniya-Azərbaycan əlaqələrinin çox böyük əhəmiyyəti vardır. BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində və GUAM formatında əməkdaşlığımız böyük məmnunluq doğurur. Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması istiqamətində səylərimiz bizi daha da yaxınlaşdırır. Avratlantik təsisatlara inteqrasiyada, “Şərq tərəfdaşlığı” təşəbbüsü və NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planı çərçivəsində əməkdaşlıqda Rumıniyanın Azərbaycana dəstəyi əsl dostluq münasibətidir. Neft-qaz sahəsində əməkdaşlığımız dərinləşir və mən çox şadam ki, bu gün keçirdiyimiz danışıqlar zamanı gələcək əməkdaşlıq haqqında konkret qərarlar verilmişdir. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi məsələlərinin həlli işində öz səylərini göstərir və gələcəkdə də bu səylər göstəriləcəkdir. Azərbaycanın təşəbbüsü ilə 1990-cı illərin ortalarında başlanmış və uğurla icra edilən böyük transmilli layihələr, neft-qaz kəmərlərinin inşası bu gün yeni kəmərlərin, yeni layihələrin icrasına təkan verir. Nabukko layihəsinin icrası, şübhəsiz, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsindən sonra daha da real layihə kimi təqdim edilir. Bu gün biz Azərbaycanın neft-qaz resurslarının Avropa bazarlarına çıxarılmasına dair öz fikirlərimizi, öz qəti mövqeyimizi bir daha bildirdik. Bir daha bildirdik ki, Azərbaycan şaxələndirmə ilə bağlı bütün layihələrə öz siyasi və praktiki dəstəyini göstərir. ölkəmizdə əsaslı siyasi, iqtisadi və sosial islahatlar aparılır. Aparılan islahatlar nəticəsində son beş ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır. Hətta bu il, baxmayaraq ki, dünyada qlobal maliyyə böhranı hökm sürür, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Lakin əfsuslar olsun ki, regionumuzda təhlükələr də mövcuddur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionun inkişafı yolunda böyük maneə olaraq qalır. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq prinsiplərinə uyğun həll olunmalıdır. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Rumıniyanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Bu gün, cənab Prezident, Siz bir daha Rumıniyanın ədalətli mövqeyini öz çıxışınızda qeyd etdiniz. Buna görə mən Sizə minnətdarlığımı bildirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

