Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib
24.10.2018 [08:56]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Vladimir Kolokoltsevin Azərbaycana səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirərək, iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycan ilə Rusiyanın dost ölkələr olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin bütün istiqamətlərdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirib. Dövlətimizin başçısı bu baxımdan ölkələrimizin Daxili İşlər nazirlikləri arasında çox səmərəli əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərə toxunaraq, sentyabr ayında özünün Rusiya Federasiyasına rəsmi səfərini, sonra isə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini ölkələrimiz arasında mövcud olan qarşılıqlı fəaliyyətin xarakterinin və etimadın əyani nümunəsi kimi dəyərləndirib. Dövlətimizin başçısı qeyd edib ki, bu səfərlər zamanı digər məsələlərlə yanaşı, hüquq-mühafizə orqanları arasında əlaqələr də müzakirə edilib və bu sahədə də əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev qəbula görə minnətdarlığını bildirib. O qeyd edib ki, bu ilin iyul ayında MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edən zaman Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən söylənilən xoş sözlər tədbir iştirakçılarında böyük məmnunluq hissi doğurub.
Ölkələrimizin ikitərəfli münasibətlərinə toxunan Vladimir Kolokoltsev bildirib ki, dövlət başçıları arasında son bir ildə 5 görüşün keçirilməsi bu münasibətlərin inkişaf strategiyasının bundan sonra da möhkəmləndirilməsinin vacib olduğunu göstərir. Eyni zamanda, Aktau şəhərində Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmış sənədlər də hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti üçün bir təkan rolu oynayıb.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

