Prezident İlham Əliyev İsveçrənin dövlət katibini qəbul edib
31.10.2018 [08:22]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogionu qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahələri əhatə etməsindən məmnunluğunu bildirərək qeyd edib ki, əgər əvvəllər iqtisadi əlaqələr enerji, investisiya, tikinti materialları sahələrində inkişaf edirdisə, hazırda tərəflər əməkdaşlıq istiqamətlərinin şaxələndirilməsində maraqlıdırlar.
İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammanın ölkəmizə builki səfərinin uğurla keçdiyini vurğulayan Prezident İlham Əliyev Mauro Dell’Ambrogionun Azərbaycana bu səfərinin də əlaqələrimizin inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Təhsil, innovasiya istiqamətlərinin ölkəmiz üçün prioritet təşkil etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan dünən Şəki şəhərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 15-ci mərkəzinin açılışında iştirak etməsini məmnunluqla qeyd edib.
İsveçrənin texnologiyalar sahəsində çox yaxşı təcrübə qazandığını vurğulayan Prezident İlham Əliyev bu sahədə də əlaqələrimizin inkişafı üçün yaxşı imkanların olduğunu deyib.
İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verərək Təhsil Nazirliyində ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığa dair Saziş imzaladıqlarını və ADA Universitetində olduqlarını məmnunluqla qeyd edib. O, bu səfəri çərçivəsində Azərbaycan-Fransız Universitetində (UFAZ) mühazirəsi zamanı da elm və təhsil sahələrinin inkişafının və bu sahədə əməkdaşlığın önəmi barədə danışdığını deyib. Turizm sahəsində əməkdaşlığa toxunan Mauro Dell’Ambrogio İsveçrə Turizm Təşkilatı ilə Azərbaycan Turizm Agentliyi arasında imzalanan Sazişin mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə əməkdaşlığın genişləndirilməsində ölkələrimiz arasında birbaşa aviareyslərin açılmasının önəmini qeyd edib.
Görüşdə iqtisadiyyat, turizm, təhsil, o cümlədən peşə təhsili sahələrində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22

