/ / Azərbaycan Prezidenti İlham Əliyev Vyanada Avstriyanın Federal Kansleri Sebastian Kurts ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Vyanada Avstriyanın Federal Kansleri Sebastian Kurts ilə görüşüb
30.03.2019 [09:35]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Federal Kansler Sebastian Kurts Prezident İlham Əliyevi qarşılayıb.
Prezident İlham Əliyev və Federal Kansler Sebastian Kurts birgə foto çəkdiriblər.
Sonra Prezident İlham Əliyevin Federal Kansler Sebastian Kurts ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev Avstriyada olmasından məmnunluğunu vurğulayaraq səfərin təşkilinə və dəvətə görə Federal Kansler Sebastian Kurtsa təşəkkürünü bildirib və onu ölkəmizə səfərə dəvət edib.
Ermənistanın baş naziri ilə Vyanada keçirdiyi görüş barədə Federal Kanslerə məlumat verən dövlətimizin başçısı bu görüşün təşkilinə görə də Avstriya tərəfinə minnətdarlığını ifadə edib, Avstriyanın bu qəbildən olan görüşlərin təşkilində və keçirilməsində böyük təcrübəyə malik olduğunu söyləyib. Azərbaycan ilə Avstriyanın yüksək səviyyəli siyasi əlaqələrinin mövcudluğunu diqqətə çatdıran Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Söhbət zamanı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd edilib. Həmçinin Azərbaycanda regionların iqtisadi inkişafı üzrə beşillik müddəti əhatə edən proqramın qəbul olunduğu bildirilib, bu proqram əsasında Avstriya şirkətlərinin də Azərbaycan ilə əməkdaşlıq imkanlarına toxunulub.
Görüşdə, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrindən bəhs edilib, Avstriyanın bu münasibətlərin inkişafını dəstəklədiyi ifadə olunub. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalandığı qeyd edilib. Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi bildirilib.
Azərbaycan Prezidentinin dəvətini məmnunluqla qəbul edən Federal Kansler Sebastian Kurts Avstriyanın ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayıb.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30

