Azərbaycan xarici sərmayələri qoruyan ölkə imicinə malikdir
19.11.2009 [09:40]
Dünən Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Fransa Sahibkarlar Təşkilatının (MEDEF) nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev görüş iştirakçılarına Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri barədə məlumat verib. Dövlətimizin başçısı uzun illərdir, Fransa ilə Azərbaycan arasında yaxşı iqtisadi əlaqələrin olduğunu, fransız şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyət göstərdiyini deyib. Azərbaycan Prezidenti Fransaya səfərləri zamanı bir neçə dəfə Fransa Sahibkarlar Təşkilatında görüşlər keçirdiyini xatırladaraq onların səmərəli olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini, son bir neçə ildir, ölkəmizin iqtisadi inkişaf tempinə görə dünyada lider olduğunu da görüş iştirakçılarının diqqətinə çatdıraraq deyib: “İqtisadiyyatımız əvvəlki illə müqayisədə daha çox şaxələndirilib. İqtisadiyyatımızın rəqabət qabiliyyəti bizim üçün prioritetdir. Biz çox məmnunuq ki, rəqabət qabiliyyətinə görə, Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyada 51-ci, MDB-də isə birinci yeri tutub. Bu, bizim iqtisadi siyasətimizin və islahatlarımızın, şaxələndirilmənin və dəyişikliklərin bariz nümunəsidir. Həmçinin şəffaflıq sahəsində yüksək nailiyyətlərimiz “Doing business” hesabatında xüsusilə qeyd edilib. Bütün bunlar münbit sərmayə şəraitini yaradır”.
Prezident İlham Əliyev adambaşına düşən birbaşa xarici sərmayələrin məbləğinə görə ölkəmizin dünyada aparıcı yerlərdən birini tutduğunu deyib. “Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir”, - deyən dövlətimizin başçısı Azərbaycanın Fransa şirkətləri ilə əməkdaşlığının uğurlu olduğunu diqqətə çatdıraraq bildirib: “Bu gün aparılan işlərin səviyyəsi qənaətbəxşdir. Lakin bizim gördüyümüz işlər, planlaşdırdığımız tədbirlər və sərmayə imkanları barədə məlumat mübadiləsi vacibdir. Gələn il üçün geniş həcmdə sərmayələrin qoyuluşu nəzərdə tutulub. Gələn il dövlət sərmayələrinin həcmi təxminən 4,5 milyard dollar olacaqdır. Burada söhbət hələ ki, dövlət sərmayələrindən gedir. Lakin əgər biz bu rəqəmə özəl sektorun sərmayələrini də daxil etsək, zənnimcə, özəl sərmayələrin də həcmi elə o qədər olacaqdır. Hazırda ümumi daxili məhsulun həcmində özəl sektorun payı 85 faiz təşkil edir. Əvvəlcə, qeyd etdiyim kimi, biz qeyri-enerji və infrastruktur sahələrinə yatırılan sərmayələr nəticəsində iqtisadiyyatımızı şaxələndirə bilmişik”.
Prezident İlham Əliyev neftin qiymətinin aşağı düşməsinin ölkəmizin iqtisadi inkişafına ciddi təsir etmədiyini deyib. “Azərbaycan xarici sərmayələri qoruyan ölkə imicinə malikdir”, - deyən dövlətimizin başçısı bildirib ki, Fransa şirkətləri ölkəmizdə bir çox layihələrdə fəal iştirak edə bilər. Bu yaxınlarda təməli qoyulan məişət tullantılarının emalı zavodu buna yaxşı nümunədir. Bu zavod paytaxtda ekoloji vəziyyətin yaxşılaşmasına təsir edəcək.
Prezident İlham Əliyev 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan edildiyini diqqətə çatdıraraq növbəti illərdə Fransa şirkətlərinin Azərbaycanda müxtəlif tenderlərdə iştirak edəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı deyib: “Biz Fransa şirkətlərinin sərmayələrini alqışlayırıq. Bu, yalnız enerji sektoruna aid deyildir. Baxmayaraq ki, bu sektorda da sərmayələr məmnunluq doğurur. çox şadam ki, “Total” şirkəti olduqca perspektivli yataqlardan birində işlərə başlayıbdır. ümid edirəm ki, yaxın zamanlarda bunun müsbət nəticələri olacaqdır. Lakin hesab edirəm ki, qeyri-enerji sektorunda da sərmayələr çox cəlbedicidir. Burada söhbət kənd təsərrüfatından, informasiya texnologiyalarından gedə bilər. Biz informasiya texnologiyaları sektorunun inkişafına böyük vəsaitlər ayırırıq. Kosmik sənayeyə xüsusi diqqət yetiririk. öz peykimizi buraxmağı planlaşdırırıq. Fikrimcə, bu, bir neçə ildən sonra baş verəcəkdir. Beləliklə, böyük müasirləşmə proqramı həyata keçirilməkdədir”.
Dövlətimizin başçısı Azərbaycanın qeyri-neft sektorunun inkişafında daha çox maraqlı olduğunu deyib. Bildirib ki, bu sahədə əməkdaşlıq baxımından potensial böyükdür və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti uğurludur. Prezident İlham Əliyev sonda Fransa Sahibkarlar Təşkilatı nümayəndə heyətinin Azərbaycana səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu bildirib.
Fransa Sahibkarlar Təşkilatı - MEDEF-in nümayəndə heyətinin rəhbəri, xanım Paskal Janin Perez dövlətimizin başçısına ətraflı məlumata və dəyərli məsləhətlərə görə təşəkkür edib. Bildirib ki, MEDEF müxtəlif sahələrdə fəaliyyət göstərən Fransa şirkətlərini birləşdirir və onların fəaliyyətini beynəlxalq səviyyədə təşviq edir. Azərbaycan ilə əməkdaşlığın Fransa şirkətlərinin maraq dairəsində olduğunu deyən xanım Paskal Janin Perez bildirib: “ölkələrimizin işgüzar dairələri arasında artıq möhkəm münasibətlər yaranıb. Budəfəki mühüm səfərimiz çərçivəsində nümayəndə heyətimizin tərkibində təmsil olunan Fransa şirkətləri enerji, nəqliyyat, bank xidmətlərini, hüquqi ekspertiza sahələrini əhatə edirlər. Bu şirkətlərdən bəziləri Sizin ölkədə artıq fəaliyyət göstərir. Siz burada onları xatırlatdınız. Fransa şirkətlərinin Azərbaycan bazarında payı ildən-ilə artır. Biz Azərbaycanda 4-cü sərmayədarıq. Neft və qaz sahəsində şirkətlərimiz artıq işləyir. Lakin istəyirik ki, digər sahələrdə də mövqelərimizi gücləndirək”.
Paskal Janin Perez bu səfərin əməkdaşlığın ümumi mənzərəsini müəyyən etmək baxımından səmərəli olacağına əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

