/ / Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.04.2019 [09:51]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, xanım Valentina Matviyenkonu və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib: “Hörmətli Valentina İvanovna, hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam. Siz Azərbaycana belə geniştərkibli nümayəndə heyəti ilə gəlmisiniz. İlk növbədə, Sizi bu yaxınlarda qeyd edilən yubileyiniz münasibətilə şəxsən təbrik etmək istərdim. Mən Sizə təbrik məktubu göndərmişdim və bir daha şəxsən təbrik etmək, ən xoş arzularımı bildirmək və işinizdə uğurlar arzulamaq istərdim. Əlbəttə, biz çox şadıq ki, yubileydən az sonra Siz bizim ölkəmizi ziyarət edirsiniz. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcək. Əlaqələr çoxplanlıdır, həyatın demək olar ki, bütün sahələrini əhatə edir və yaxşı dinamikaya malikdir. Biz siyasi sahədə fəal qarşılıqlı fəaliyyət göstəririk, iqtisadi potensialı artırırıq, uğurla həyata keçirilən iqtisadi, nəqliyyat, energetika sahələrində əməkdaşlıq üzrə bir neçə yol xəritəsi mövcuddur. Təsadüfi deyil ki, hər iki tərəf ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi dəyərləndirir”.
İkitərəfli münasibətlərin inkişafında humanitar sahənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev bu işdə Bakı Humanitar Forumunun rolunu qeyd edib, təhsil, mədəniyyət, elm sahələrində sıx əlaqələrin mövcud olmasından məmnunluğunu bildirib. Dövlətimizin başçısı Şimal-Cənub dəhlizi ilə bağlı birgə fəaliyyətin də iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını deyib. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin inkişafına töhfə verdiyini vurğulayıb. Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
* * *
Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib: “Çox sağ olun, çox hörmətli cənab Prezident.
İlk növbədə, bizim nümayəndə heyətini qəbul etdiyinizə, parlamentlərarası əməkdaşlığa göstərdiyiniz diqqət və dəstəyə görə səmimi qəlbdən Sizə təşəkkür etmək istəyirəm. Biz sizin gözəl ölkənizdə həmişəki kimi diqqət, qonaqpərvərlik, qayğı ilə əhatə olunmuşuq. Əminəm ki, nümayəndə heyətinin bütün üzvləri üçün, - onların əksəriyyəti ilk dəfədir ki, Azərbaycandadır, - bu səfər yaddaqalan olacaq. İlk növbədə, demək istəyirəm ki, səfərdən əvvəl mən Vladimir Vladimiroviç Putinlə görüşdüm. O, xahiş etdi ki, böyük salamlarını, ən xoş arzularını Sizə çatdırım. O, bir qədər əvvəl - aprelin 2-də Sizinlə olan telefon söhbətini də xatırladı. Bu sözləri Sizə məmnunluqla çatdırıram”.
Prezident İlham Əliyev: Mənim də ən xoş arzularımı və böyük salamlarımı Vladimir Vladimiroviçə çatdırın.
Xanım Valentina Matviyenko: “Sağ olun. Mən salamlarınızı mütləq çatdıracağam. Çox hörmətli İlham Heydəroğlu, Sizinlə şəxsən görüşməkdən çox məmnunam. Həmişə bu görüşləri xatırlayıram. Bakının necə inkişaf etməsinə heyran qaldığımı növbəti dəfə bildirməyə bilmərəm. Mən Bakıda, Azərbaycanda 5 il idi ki, olmamışdım. Çox böyük dəyişiklər var - heyrətamiz, yeni binalar, nadir memarlıq nümunələri. Bilirsiniz, düşünürəm ki, əgər Heydər Əliyev sağ olsaydı, Azərbaycanda baş verən bu dəyişikliklərlə çox fəxr edərdi. Həqiqətən də, mən çox yerlərdə, dünyanın bir çox ölkələrində olmuşam, bu cür dinamik, düşünülmüş inkişafa, belə gözəlliyə çox az yerdə rast gəlinir. Bizim səfər əlamətdar vaxta təsadüf edir. Düz bir il əvvəl Siz prezident seçkilərində inamlı qələbə qazandınız. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Sizə, Sizin daxili və xarici siyasi kursunuza güclü dəstək verdi. Bu qələbə həqiqətən olduqca layiqli və inamlı idi. Siz artıq qeyd etdiniz ki, Rusiya-Azərbaycan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir, strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Bu əlaqələrin, bu kursun bünövrəsini çox hörmətli Heydər Əliyev qoyub. Əlbəttə, Rusiya-Azərbaycan münasibətlərində həlledici rol bizim ölkələrin liderlərinə, prezidentlərinə məxsusdur. Bilirik ki, Sizin ölkənizlə əməkdaşlığın genişləndirilməsinə böyük maraq var, çünki Sizin ölkədə sabitlik var, siyasi, sosial sabit vəziyyət, ölkənin iqtisadi inkişafının yaxşı dinamikası mövcuddur”.
Turizm sahəsində iki ölkə arasında əlaqələrin inkişafına toxunan Valentina Matviyenko deyib: “Bizim əməkdaşlığımızın yaxşı ab-havasının əlaməti odur ki, Rusiyadan Azərbaycana gələn turistlərin axını əhəmiyyətli dərəcədə artıb. Ötən il 800 min rusiyalı gəlib. Düşünürəm ki, bu rəqəm ildən-ilə artacaq”.
Valentina Matviyenko Azərbaycanda rus dilinə olan münasibətlə bağlı bildirib: “Rus dilinə, mədəniyyətinə olan münasibətə, Azərbaycanda rus dilinin qorunub saxlanmasına yaradılan şəraitə görə Sizə dərin təşəkkürümü bildirirəm”.
Valentina Matviyenko iki ölkə arasında humanitar, mədəni, informasiya, təhsil sahələrində əlaqələrin uğurla inkişaf etdiyini bildirib, tələbə mübadiləsi proqramının reallışdırıldığını vurğulayıb, ölkəmizdə Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinin önəminə toxunub. Qonaq ölkələrimiz arasında humanitar əlaqələrin inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da böyük töhfə verdiyini qeyd edərək deyib: “Humanitar əməkdaşlığın inkişafına Azərbaycanın Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanımın töhfəsini biz çox yüksək qiymətləndiririk”.
Valentina Matviyenko Bakı Humanitar Forumunun sivilizasiyalararası dialoqun genişləndirilməsində roluna da toxunub.
Parlamentlərarası münasibətlərdən danışan qonaq bu əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Sonra Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim edib.
Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.
Azərbaycanın “Dostluq” ordeninə layiq görüldüyündən və bu ordeni Prezident Ilham Əliyevin ona təqdim etməsindən böyük şərəf duyduğunu deyən Valentina Matviyenko qeyd edib ki, özü və Rusiya parlamentariləri bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəklər.
Dövlətimizin başçısı Valentina Matviyenkonun Azərbaycan-Rusiya əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

