Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Tbilisidəki Azərbaycan məktəbinə Heydər Əliyev Fondunun kitab hədiyyəsi təqdim edilib

Tbilisidəki Azərbaycan məktəbinə Heydər Əliyev Fondunun kitab hədiyyəsi təqdim edilib

08.12.2009 [10:08]

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev dekabrın 7-də Tbilisi şəhərindəki M.F.Axundov adına 73 nömrəli Azərbaycan ümumi məktəbinə 100-dən çox kitab təqdim edib. Diplomat bildirib ki, kitablar Heydər Əliyev Fondunun hədiyyəsidir. Qurum gürcüstanlı soydaşlarımızın təhsilinə də diqqət və qayğını əsirgəmir. Fond Gürcüstandakı azərbaycandilli məktəblərin inkişafı istiqamətində bir sıra layihələr planlaşdırıb. Məktəbin direktoru Salman Pirməmmədov diqqət və qayğıya görə kollektiv adından təşəkkür edib. Deyib ki, məktəb Heydər Əliyev Fondundan daim diqqət və qayğı görüb. Buna görə Azərbaycan Respublikasının rəhbərliyinə, Heydər Əliyev Fonduna, onun rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.


Paylaş:
Baxılıb: 1076 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31