Azərbaycan iqtisadiyyatı hər bir sınaqdan uğurla çıxmaq əzmindədir
14.01.2010 [16:26]
Azərbaycan dünyada ən yüksək sürətlə inkişaf edən ölkələrdəndir və bu mövqeni indiyədək qoruyub saxlayır. Bu isə ölkə rəhbərliyinin həyata keçirdiyi düzgün sosial-iqtisadi islahatlar nəticəsində mümkün olub. Geridə qoyduğumuz 2009-cu ildə də Azərbaycan region ölkələri arasında liderliyi özündə saxladı. Onu da qeyd edək ki, 2009-cu il, əslində, bütün dünya ölkələri üçün sınaq ili oldu. Bildiyimiz kimi, 2008-ci ilin sonlarına doğru meydana çıxan maliyyə böhranı qısa zaman içərisində bütün dünyaya yayıldı və dünya iqtisadiyyatının digər sferalarını da əhatə edərək qlobal iqtisadi böhrana çevrildi. Nəticədə, bir çox ölkələrin, eləcə də, qonşu dövlətlərin iqtisadiyyatında tənəzzül, geriləmə, ən yaxşı halda isə durğunluq yaşandı. Azərbaycanda isə ölkə iqtisadiyyatı nəinki sarsılmadı, əksinə, əvvəlki illərdə müşahidə olunan inkişaf prosesi ötən ildə də davam etdi. Belə ki, neftin qiymətlərinin kəskin şəkildə aşağı enməsinə baxmayaraq, düzgün qurulmuş maliyyə siyasəti sayəsində böhran ölkəmizə ciddi təsir edə bilmədi. Bütün bunlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox möhkəm əsaslar üzərində qurulub və hər bir sınaqdan uğurla çıxmaq gücündədir. Təkcə onu demək kifayətdir ki, böhranın bütün dünyada tüğyan etdiyi bir vaxtda qonşu ölkələrdə işçilərin ixtisar edildiyi, bankların iflasa uğradığı, tikinti işlərinin dayandığı halda, Azərbaycanda minlərlə yeni iş yerləri açılır, banklar öz maliyyə imkanlarını genişləndirir, ölkədə həyata keçirilən tikinti-quruculuq işləri isə öz axarı ilə davam etdirilirdi. Bir sözlə, Prezident İlham Əliyevin bildirdiyi kimi, böhran və bölgədə müxtəlif istiqamətlərdə aparılan islahatlar hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu: “Böhran ili kimi” nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır. Biz xalqımızın istedadına arxalanırıq, aparılan islahatlara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq”. Heç şübhəsiz, dövlət başçısı bu sözləri əbəs yerə deməyib. Qeyd edək ki, Azərbaycan rəhbərliyi öz fəaliyyətində birbaşa olaraq xalqın dəstəyinə arxalanır. Məlum olduğu kimi, ümummilli lider Heydər Əliyev məhz xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlmiş və bütün fəaliyyəti ərzində bu etimadı, xalqın inamını doğrultmuşdur. Eləcə də, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan xalqının rəğbət və dəstəyini daim hiss edib və bundan sonra da belə olacaq.
Təsadüfi deyil ki, ölkə rəhbərliyinin gördüyü işlər, aparılan islahatlar beynəlxalq təşkilatlar, xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Bildiyimiz kimi, Dünya Bankının 2008-ci il üzrə hesabatında Azərbaycan bir nömrəli islahatçı ölkə elan edildi. üstəlik, Dünya İqtisadi Forumunun 2009-cu il üzrə göstəricilərində isə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə, əksər ölkələri geridə qoyaraq 51-ci yerə yüksəldi. Bu göstərici ilə Azərbaycan MDB ölkələri arasında birincidir.
Dövlət başçımızın da bildirdiyi kimi, 2009-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf müşahidə olundu: “Dediyim kimi, iqtisadi artım 9 faizdən çox olmuşdur, sənaye istehsalı təxminən 9 faiz artmışdır. ölkəmizdə inflyasiya 2 faizdən aşağı səviyyədədir. Yəni, iqtisadi inkişafın təmin edilməsinə dair göstəricilər ən yüksək səviyyədədir. Bütün bunlara biz sizinlə bərabər düşünülmüş siyasət aparmaqla, islahatlar aparmaqla buna nail ola bilmişik”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50

