Azərbaycan ilə Almaniya arasında əlaqələr sürətlə inkişaf edir
05.02.2010 [11:03]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə dünən Almaniyaya işgüzar səfərə gəlib. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin “Tegel” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar.
Dünən Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və kansler xanım Angela Merkel mətbuat üçün bəyanatlarla çıxış ediblər.
Angela Merkel Azərbaycan Prezidentini Almaniyada yenidən salamlamaqdan məmnun olduğunu bildirib. Kansler ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək, bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan böyük potensialdan istifadə etməyin zəruriliyini vurğulayıb.
Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır.
Səfərə dəvətə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya üç il əvvəlki səfərindən ötən müddətdə ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini deyib. Dövlətimizin başçısı bildirib ki, siyasi əlaqələrimiz yüksək səviyyədədir, iqtisadi sahədə əməkdaşlığımız genişlənir. Azərbaycanda 100-ə yaxın Almaniya şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, hazırda müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat var. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazırdır.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulub və bu, ölkəmizdə müxtəlif sahələrdə islahatlar aparmağa imkan verəcək.
Dünən Berlində, Almaniya Federativ Respublikası kanslerinin iqamətgahında kansler xanım Angela Merkel və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nahar ediblər.
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən 46-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Berlindən Münxenə yola düşüb. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin “Tegel” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla yola salıblar.
Həmin gün axşam Prezident İlham Əliyev Münxen şəhərinə gəlib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37

