Sənaye sektorunda yüksək artım dinamikası müşahidə olunur
26.02.2010 [09:42]
ötən ili uğurlu sosial-iqtisadi göstəricilərlə başa vuran Azərbaycanda artım meyilləri 2010-cu ilin əvvəllərindən başlayaraq davam etməkdədir. Yeni maliyyə ilinin birinci ayı üzrə iqtisadiyyatın bir çox sahələrində qeydə alınan makroiqtisadi göstəricilər ötən illə müqayisədə daha pozitivliyi ilə diqqəti cəlb edir. Belə ki, yanvar ayında iqtisadi, sosial, infrastruktur və investisiya bölmələrində artım meyilləri 10 faizi ötüb. Əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 2010-cu ilin birinci ayında 9 faizdən çox artıb və bununla yanaşı, milli məhsulun strukturunda bəzi sahələrin dinamik inkişafı daha yüksək olub.
ölkə iqtisadiyyatının ən aparıcı və perspektivli sahələrindən olan sənayedə artım dinamikası daha yüksək göstəricilərlə müşayiət olunmaqdadır. Bu ilin ilk ayında sənaye sektorunda 2,5 milyard manat həcmində məhsul istehsal olunub ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Qeyd olunan dövrdə bütün sənaye bölmələri üzrə məhsulların istehsalında artım nəzərə çarpıb. Əsas sənaye məhsullarından olan xam neftin hasilatı 17,6 faiz artaraq 4,3 milyon ton, təbii qaz hasilatı isə təxminən 15 faiz artaraq 1,5 milyard kub metr olub. Sənaye sektorunda istehsal olunan məhsulun təxminən 75 faizi özəl bölmənin payına düşüb.
Göründüyü kimi, 2010-cu ildə iqtisadiyyatın dinamikliyi üçün mühüm əhəmiyyət kəsb edən sənaye sektorunun dinamik inkişafı post-böhran dövründən əvvəlki səviyyəyə çatmaqdadır. Yəni, bu sahədə artım meyillərinin 15 faizi ötəcəyi proqnozlaşdırılır. Sənaye sektorunun inkişafı, ümumilikdə, respublikamızda həyata keçirilən genişmiqyaslı islahatlar kursunun qarşıdakı illərdə davamlı xarakter almasına və ölkəmizin sıçrayışlı inkişafının daha da sürətlənməsinə əhəmiyyətli baza yaradır.
Prezident İlham Əliyev ölkəmizdə güclü sənaye potensialının mövcud olduğunu və yaxın illərdə Azərbaycanın böyük sənaye dövlətinə çevriləcəyini bildirib: “Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artmışdır. Bu onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir”.
Dövlət başçısı nəhəng sənaye komple
kslərinin imkanlarının səfərbər edilərək ən son texnologiyalarla təmin olunmasının zərurliyini də diqqətə çatdırıb. Sənaye bölməsi yaxın illərdə iqtisadiyyatın diversifikasiyası üçün də əhəmiyyətli zəmin yaradır.
2010-cu ildə sənaye bölməsində ən mühüm layihələrin həyata keçirilməsi planlaşdırılır. Belə ki, bu il infrastruktur və investisiya siyasətinin başlıca istiqamətlərindən biri sənayeyönümlü müəssisələrin yaradılmasına dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir. Respublikamızın bir çox bölgələrində mövcud olan iri sənaye müəssisələrinin xammal bazasının daha da gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi nəticəsində ən son texnologiyalara əsaslanan rəqabət qabiliyyətli məhsul istehsalına nail olunması hökumətin əsas məqsədlərindəndir. Bu il ölkəmizin əsas sənaye zonaları hesab olunan Sumqayıt, Gədəbəy, Naxçıvan, Daşkəsən, Gəncə və digər bölgələrdə əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə də, Sumqayıt şəhərinin hərtərəfli inkişaf etdirilməsi, onun müasir sənaye mərkəzi səviyyəsinə çatdırılması əsas prioritetlərdəndir. Bu məqsədlə Sumqayıtda ən azı 10 yeni müasir zavodun tikilməsi planlaşdırılır. Azərbaycanın ikinci sənaye şəhərinin inkişafı ilə bağlı hazırlanmış strateji plana uyğun olaraq burada ən mühüm kimya, maşınqayırma, metallurgiya, emal, tikinti, bir sözlə, geniş sənaye kompleksi yaradılacaq. Respublikamızın sənaye potensialının “onurğa sütunu” olan “Azərikimya” Dövlət Şirkətinin tərkibində olan sənaye müəssisələrinin yenidən qurulması isə Sumqayıtın geniş sənaye regionuna çevrilməsini sürətləndirəcək. Bundan başqa, Sumqayıtdakı müəssisələrin bazasında sənaye şəhərciyinin yaradılması da tədbirlər planına daxildir.
Azərbaycanda güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin yaxın illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına baza yaradır. Sənayeləşmə artıq iqtisadiyyatın modernizasiyasına təkan verməklə yanaşı, yeni iş yerlərinin açılmasına və postindustrial cəmiyyətə keçid üçün yeni zəmin yaratmaqdadır. Gədəbəy, Naxçıvan, Daşkəsən, Gəncə və digər bölgələrdə qızıl və mədənçıxarma sənayesinin inkişafı Azərbaycanın regionda nəhəng sənaye mərkəzinə çevrilməsi üçün əlverişli imkanlar açır. Bir sözlə, respublikamızda sənayeləşmənin yeni mərhələsi başlayıb və sənaye potensialı yaxın illərdə ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

