Sahibkarlara həm siyasi, həm də maddi dəstək göstəriləcək
17.03.2010 [11:16]
ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlar son illərdə regionlarda həyata keçirilən layihələrin miqyasını daha da artırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramlarında sahibkarlıq subyektləri ilə bağlı çox geniş və əhatəli tədbirlər öz əksini tapıb. Həmin proqramlarda nəzərdə tutulmuş tədbirlərin icrası isə sahibkarlıq sektorunda intensivliyin daha da yüksəlməsinə səbəb olub. Bunun nəticəsidir ki, 2004-2009-cu illərdə sahibkarlığa başlayanların sayı 3 dəfə yüksəlib. 2008-ci ilin yanvar ayının 1-dən “bir pəncərə” sisteminin tətbiq olunması isə sahibkarların sayının daha da artmasına əlverişli zəmin yaradıb. ümumiyyətlə, son 2 ildə 88 mindən çox sahibkarlıq subyekti qeydiyyata alınıb.
Azərbaycan hökumətinin son illərdə sahibkarlara maliyyə dəstəyini gücləndirməsi və sahibkarlığa başlamaq istəyənlərə əlverişli imkanların yaradılması 2009 və 2010-cu ilin ötən dövrü ərzində təqdim olunan investisiya layihələrinin sayının əhəmiyyətli dərəcədə artmasında da özünü göstərir. Prezident İlham Əliyev dövlətin həmişə sahibkarlara böyük dəstək göstərdiyini və bu siyasətin davamlı olacağını bəyan edib: “Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir. Artıq əvvəlki illərdə verilən vəsait qayıdır və o yenə də kreditləşməyə yönəldilir. Fermerlərə subsidiyalar onlara lazım olan avadanlığın, texnikanın güzəştli şərtlərlə, lizinq yolu ilə verilməsi - bütün bunlar kənd təsərrüfatını, sahibkarlığı stimullaşdıran amillərdir... Biz həm maliyyə yardımı, kreditlərin verilməsi, həm də ki, sahibkarlığın inkişafı üçün daha da yaxşı şəraitin yaradılması sahəsində düşünməliyik”.
Qeyd edək ki, təkcə 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına respublikamızın 55 şəhər və rayonu üzrə 2101 sahibkarlıq subyektinin investisiya layihəsi maliyyələşdirilib və onlara 130 milyon manat məbləğində güzəştli kreditlər verilib. 2010-cu ildə isə fondun vəsaitləri hesabına 2000-dən çox sahibkara kredit verilməsi nəzərdə tutulur. Bundan başqa, dövlətin digər maliyyə mənbələri, eləcə də maliyyə-kredit təşkilatlarının, bankların, Kənd Təsərrüfatı üzrə Kredit Agentliyinin və digər qurumların güzəştli şərtlərlə verilən kreditləri hesabına 100-lərlə sahibkarın maliyyə təminatı yaxşılaşdırılacaq. Beləliklə, bu il ölkəmizdə sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması üçün davamlı tədbirlər həyata keçiriləcək.
Dövlət başçısı dövlətin və iri şirkətlərin ölkəmizdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərində, sosial infrastruktur layihələrində yaxından iştirakını təqdir edərək, bununla yanaşı, sahibkarların da bu işlərdə maliyyə köməkliyi göstərməsinin mühüm əhəmiyyətini qeyd edib. ölkə başçısı sahibkarlıq subyektlərinin bölgələrdə istehsal və xidmət müəssisələri yaratmaqla bərabər, nəqliyyat, kommunal, sosial infrastruktur, ekologiya, turizm və digər sahələr üzrə layihələrə dəstək verməsini yüksək qiymətləndirib: “Azərbaycanda çox böyük, regional, yəni, transmilli mahiyyət daşıyan şirkətlər vardır. Onların böyük dövriyyələri, böyük kapitalı vardır. Mən bunu ancaq alqışlayıram. Yəni, biznesin, sahibkarlığın sosial məsələlərin həllində də iştirakı, hesab edirəm ki, həm iş adamları üçün mənəvi bir qida verəcək, həm ölkəmizin inkişafı üçün. Bu proseslər gedir və xüsusilə bölgələrdə sahibkarlar öz maliyyə resurslarını məktəblərin tikintisi sahəsində işə salırlar. Mən istərdim ki, bu işlər başqa sahələrdə də, əlbəttə ki, imkan daxilində görülsün. Bu işlər, əlbəttə ki, məcburi xarakter daşıya bilməz. Ancaq mən hesab edirəm ki, imkanlı firmalar, şirkətlər, iş adamları ağır vəziyyətdə yaşayanlara əl uzatsalar yaxşı olar”.
Respublikamızın yüksək iqtisadi inkişafının və əhalinin sosial rifahının daha da yüksəlməsində sahibkarlıq sektorunun mühüm əhəmiyyət kəsb etdiyini xatırladan Prezident İlham Əliyev perspektivdə sahibkarların ölkə iqtisadiyyatında aparıcı mövqeyini möhkəmləndirəcəyinə əminliyini də ifadə edib. Sahibkarlar ölkəmizin ümumi inkişafına öz töhfələrini verməyi davam etdirəcəklər. ölkə başçısı 2010-cu ildə həm ölkəmizin, həm də sahibkarlığın inkişafı üçün böyük infrastruktur layihələrinin davam etdiriləcəyini bildirib: “Dövlət xərcləri hesabına və xaricdən alınan kreditlər hesabına bu istiqamətlərdə bütün işlər görüləcəkdir. Hər halda hesab edirəm ki, 2010-cu il üçün nəzərdə tutulmuş bütün işlər görülməlidir. Ola bilər ki, biz nəzərdə tutulmamış bəzi istiqamətlərdə əlavə maliyyə vəsaitinin ayrılması ilə artıq işlər də görə bilək”.
2010-cu ildə sahibkarlar tərəfindən həyata keçirilməsi planlaşdırılan başlıca layihələr sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı, emal sənayesinin yenidən qurulması, aqrar sektorun inkişafına təkan verəcək infrastruktur təminatının (soyuducu və taxıl anbarları kompleksləri) yaxşılaşdırılması, fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsi, tədarük məntəqələrinin sayının artırılması və digər istiqamətlər üzrə tədbirləri özündə əks etdirir. Sahibkarlara verilən kreditlər təbii ki, yüzlərlə yeni müəssisənin yaradılmasına səbəb olur və bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda minlərlə yeni iş yerinin açılması təmin olunur. Məsələn, təkcə ötən il verilmiş kreditlər hesabına 8500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu il isə həmin vəsaitlərin istifadə olunması nəticəsində 10 minə yaxın iş yerinin yaradılması proqnozlaşdırılır. Həmin layihələrin böyük əksəriyyəti, 90 faizdən çoxu bölgələrdə reallaşacaq. Bu faktor regionların inkişafına öz töhfəsini verməklə yanaşı, iqtisadi fəal əhalinin daha çox rayonlarda cəmləşməsinə səbəb olacaq.
Həmişə sahibkarların ən yaxın dostu olduğunu bildirən Prezident İlham Əliyev sahibkarlığın inkişafına maneə yaratmaq istəyən bəzi strukturlara xəbərdarlıq da edib. Cənab Prezident sahibkarların işinə əngəl yaradanların öz layiqli cəzalarını alacağını xəbərdar edib və qarşıdakı illərdə sahibkarlara ən yüksək səviyyədə siyasi dəstək göstəriləcəyini bəyan edib: “Sahibkarlara bundan sonra da dəstək, həm də siyasi dəstək göstəriləcəkdir. Yerli icra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48

