Rumıniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır
19.03.2010 [09:49]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rumıniyanın xarici işlər naziri Teodor Bakonskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan ilə Rumıniya arasında güclü tərəfdaşlıq münasibətlərinin və bütün səviyyələrdə fəal diplomatik əlaqələrin mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın və Rumıniyanın dövlət başçıları arasında münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında mühüm rol oynadığını deyib. Teodor Bakonskinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində mühüm addım olacağını deyən dövlətimizin başçısı bu səfərin, həmçinin, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığının və regional vəziyyətin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.
Rumıniyanın xarici işlər naziri Teodor Bakonski Prezident Troyan Beseskunun salamlarını dövlətimizin başçısına çatdıraraq bildirib ki, Rumıniya Prezidenti Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da inkişafında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ildə Rumıniyaya səfərini xatırlayan nazir iki ölkənin Prezidentləri arasında şəxsi münasibətlərin strateji tərəfdaşlıq əlaqələrimizin inkişafında başlıca amil olduğunu vurğulayıb.
Dövlətimizin başçısı Rumıniya Prezidenti Troyan Beseskunun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Rumıniyanın dövlət başçısına çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxElm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54

