Müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi olub
26.03.2010 [16:38]
Dünən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Zavodun eskiz layihəsi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, ötən ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Dövlət İnvestisiya Şirkəti (ADİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65 faiz, ADİŞ 25 faiz, “Keppel Offshore & Marine” şirkəti isə 10 faiz iştirak payına sahibdirlər. İlkin hesablamalara görə, layihənin dəyəri, təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin təqribən 2 ilə başa çatdırılması nəzərdə tutulur. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada min, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq. Zavodun ümumi torpaq sahəsi 520 min kvadratmetr, dəniz sahəsi 360 min kvadratmetr, ümumi qapalı istehsal sahəsi 75 min kvadratmetr, dalğaqıran divarının uzunluğu 1200 metr, körpülərin ümumi uzunluğu 1630 metr olacaq. üzən dokun uzunluğu 250 metr, eni 50 metr nəzərdə tutulub. Gələcəkdə uzunluğu 300 metr, eni 100 metr olan quru dokun tikintisi də planlaşdırılır. Bu məqsədlə sahə ayrılıb. Zavodda yükgötürmə qabiliyyəti 300 ton olan əsas kran quraşdırılacaq. Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (yaxud 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 “Caspian Max” tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Gələcəkdə peşəkar işçi qüvvəsinin sayını çoxaltmaqla zavodun istehsal gücünü artırmaq da mümkündür. Tikinti işlərini “Keppel Corporation” şirkətinin törəmə müəssisəsi olan “Keppel Offshore & Marine” həyata keçirəcək. Prezident İlham Əliyev monitorda zavodun layihə görüntülərini izləyib və maketinə baxıb. Dövlətimizin başçısı mərasimdə çıxış edərək, Xəzərdə ilk belə müasir zavodun tikintisinin Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə malik olacağını bildirib: “Azərbaycanda kifayət qədər böyük donanma mövcuddur. Dövlət Neft Şirkətinin və Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin ümumi sayı haradasa 350 təşkil edir. Onların təmirinə böyük ehtiyac vardır. Eyni zamanda, bu gün biz xaricdən gəmilər və tankerlər alırıq. Təkcə son 6 il ərzində Xəzər Dəniz Gəmiçiliyi 10 tanker, bir neçə quru yük gəmisi və bərələr almışdır. Bunu biz xaricdən almışdıq. Ona görə ki, Azərbaycanda gəmi istehsal etmək üçün imkanlar yox idi. Bundan sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaqdır. Eyni zamanda, ixrac potensialımızın gücləndirilməsi üçün də zavodun böyük əhəmiyyəti olacaqdır. Mən ümid edirəm ki, bax bu gün göstərilən bu təqdimatda nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra olunacaq, iki il ərzində zavod öz fəaliyyətinə başlayacaqdır və biz Azərbaycanda rəqabətqabiliyyətli, gözəl, müasir məhsulun istehsalına nail olacağıq. Zavodda ən qabaqcıl, ən müasir texnologiyalar tətbiq ediləcəkdir. Zavodun tikintisi, ümumiyyətlə Azərbaycanda aparılan iqtisadi siyasətin nəticəsidir. Qeyri-neft sektorunun inkişafı bizim üçün prioritet məna daşıyır. Xarici şirkətlərlə əməkdaşlığımız uğurla davam edir. Bu əməkdaşlığın güclənməsində Dövlət Neft Şirkətinin böyük rolu vardır. çünki bizim böyük xarici şirkətlərlə əməkdaşlığımız məhz neft sənayesindən başlamışdır və bu gün bu əməkdaşlıq başqa sahələri də əhatə edir”.
Sinqapurun xarici işlər naziri Corc Yonq-Bun Yeo mərasimdə çıxış edib. Corc Yonq-Bun Yeo Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi təməl qoyma mərasiminə qatıldığından şərəf duyduğunu vurğulayıb. Qonaq iki ölkə arasında səmərəli əməkdaşlıq aparıldığını deyib və yeni layihəni Ulu öndər Heydər Əliyevin neft strategiyasının növbəti uğuru kimi dəyərləndirib. Azərbaycan-Sinqapur əlaqələrinin daha da genişlənməsi üçün böyük potensial imkanlar olduğunu və bu istiqamətdə konkret tədbirlər görüldüyünü deyən, nazir Novruz bayramı münasibətilə xalqımıza ən xoş arzularını çatdırıb.
Sonra yeni müəssisənin təməlqoyma mərasimi olub.
Prezident İlham Əliyev tədbir iştirakçılarını bir daha əlamətdar hadisə və Novruz bayramı münasibətilə təbrik edib, tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

