Yeni Azərbaycan Partiyası "Ekologiya ili" çərçivəsində ağacəkmə kampaniyası keçirib
06.04.2010 [10:05]
Aprelin 3-də Yeni Azərbaycan Partiyası (YAP) “Ekologiya ili” çərçivəsində Heydər Əliyev adına Binə hava limanının yaxınlığında ağacəkmə kampaniyası keçirib. Kampaniyada Yeni Azərbaycan Partiyasının rəhbərliyi, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak ediblər.
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, partiya hər il belə aksiyalar keçirir. Onun sözlərinə görə, kampaniya çərçivəsində 3 hektar ərazidə 3 min müxtəlif növ ağac əkiləcək. Əli Əhmədov qeyd edib ki, YAP-ın təşəbbüsü ilə belə tədbirlər paytaxtın digər ərazilərində də davam etdiriləcək: “Yeni Azərbaycan Partiyası Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən, Bakıda keçirilən bu kampaniyaya qoşulub. Bu tədbir Prezident İlham Əliyevin çağırışı əsasında Bakının yaşıllıq sahələrinin genişləndirilməsi ilə əlaqədar YAP-ın töhfəsi kimi qəbul oluna bilər. Eyni zamanda, biz dəfələrlə paytaxtın müxtəlif yerlərində yaşıllıqların salınmasında iştirak etmişik. YAP-ın hər bir üzvü Azərbaycan təbiətinin qorunmasına, paytaxt Bakıda və respublikamızın digər yerlərində yaşıllaşdırma işlərinin aparılmasına böyük önəm verir. Bu gün növbəti dəfə belə bir iməcilik təşkil etməklə Bakı şəhərinin yaşıllaşdırılmasına öz töhfəmizi veririk. Bu kimi tədbirlər Abşeron yarımadasının ekologiyasına müsbət təsir edəcək”.
Yaşıllıq sahələrinin genişləndirilməsinin vacib olduğunu diqqətə çatdıran Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov ağacəkmə kampaniyalarının il ərzində davam etdirilməsinin zəruriliyini bildirib. Onun sözlərinə görə, meşə zolaqlarının genişləndirilməsini insan sağlamlığının ən önəmli faktorlarından biri hesab etmək olar: “Birincisi, ağac əkmək savab işdir, ikincisi, yaşıllıq oksigendir, üçüncüsü, yaşıllıq gözəllikdir, dövlətin inkişafıdır. Ona görə də Azərbaycanın bütün regionlarında ağacəkmə kampaniyası il ərzində davam etməlidir. Bu, həm insanların sağlamlığıdır, həm də havanın təmizliyidir. Ona görə də, mən bu aksiyanı alqışlayıram. Yəqin ki, biz il boyu bunu davam etdirəcəyik”.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, bu, çox gözəl tədbirlərdən biridir. Bakının müxtəlif yerlərində, bölgələrdə də belə tədbirlər təşkil edirik. “Partiyamızın seçkili orqanlarının nümayəndələri, millət vəkilləri, gənclər və digər fəallar burada iştirak edir. Vaxtilə bərbad halda olan bu yerdə yaşıllaşdırma işləri görülür. Bu, YAP-ın “Ekologiya ili”nə verdiyi töhfədir. Hesab edirəm ki, bütün bu aksiyalar axırıncı olmayacaq. Partiyamız bu aksiya ilə Prezident İlham Əliyevin elan etdiyi “Ekologiya ili” çərçivəsində həyata keçirilən tədbirlərdə fəal iştirak edir. Eyni zamanda, bu, cəmiyyətin digər dairələrinə çağırışdır ki, bu işə fəal şəkildə qoşulsunlar, ölkəmizin inkişafında, abadlaşmasında iştirak etsinlər” - deyə vitse-spiker qeyd edib.
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da hesab edir ki, belə aksiyaların əhəmiyyəti böyükdür: “Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan edib. Bununla əlaqədar olaraq YAP yaşıllaşdırma kampaniyasına qoşulub. Partiyamızın fəalları yaxından iştirak edirlər. Bu tədbirlə biz ekologiyamızın yaxşılaşması üçün addımlar atırıq. Qeyd edim ki, yaşıllaşdırma işləri partiyamızın bütün rayon təşkilatları tərəfindən də həyata keçirilir. Kampaniya gələcəkdə də davam etdiriləcək”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanda ətraf mühitin qorunması qarşıya mühüm vəzifə kimi qoyulub: “Yaşıllaşdırma işləri ümummilli lider Heydər Əliyevin vaxtilə bəyan etdiyi mühüm istiqamətlərdən biri olub. Bakı və Bakıətrafı ərazilər ekoloji cəhətdən qorunmağı və mühafizə olunmağı tələb edən siyasətin həyata keçirilməsini zəruri edir. Bu il Azərbaycanda “Ekologiya ili” elan olunub. YAP hər il müxtəlif ərazilərdə yaşıllaşdırma kampaniyası həyata keçirir. İndi də YAP fəallarının iştirakı ilə bu ərazidə 3 minə qədər ağac əkilir. Bütün bunlar YAP-ın ətraf mühitin qorunmasına töhfəsi olacaq”.
Bakı Metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov deyib ki, yaşıllaşdırma işləri YAP-ın ən böyük təşəbbüslərindən biridir: “YAP tərəfindən xeyirxah işlər görülür. Belə tədbirlər Bakının digər ərazilərində də həyata keçirilir. Yəni, bütün bunlar çoxdan lazım idi. Bu ağaclara qulluq olunandan sonra böyüyəcək, burada geniş meşəlik əmələ gələcək. Əslində, Bakının təbiəti elədir ki, burada havanın bürkü, rütubətli olması meşəlik yaranandan sonra aradan qalxacaq. Xatırladım ki, 1970-ci ilə qədər Bakıda belə işlər görülmürdü. Ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra yaşıllaşdırma işlərinə başlanıb. O zamandan başlanan iş bu gün davam etdirilir. ümidvaram ki, Bakının bütün ətrafını bu cür yaşıllaşdırsaq ekoloji vəziyyət yaxşılaşacaq və biz daha rahat nəfəs ala biləcəyik”.
YAP Yasamal rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Fikrət İsmayılov da görülən işləri təqdir edib. Onun sözlərinə görə, bu fəaliyyəti ilə YAP digər siyasi təşkilatlara nümunədir: “İstərdik ki, digər siyasi təşkilatlar da YAP-dan nümunə götürsünlər. Bu gün partiyamızın fəalları böyük həvəslə ağac əkirlər. çünki xeyirxah işlə məşğuldurlar. Hamımız bu zəhmətin nəticəsini görəcəyik və bu işlər hər birimizdə böyük ruh yüksəkliyi yaradır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04

