/ / Prezident İlham Əliyev Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul edib
Prezident İlham Əliyev Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhi qəbul edib
27.04.2010 [09:53]
Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhin verdiyi töhfənin önəmini vurğulayıb, ölkəmizdə onun fəaliyyətinə böyük diqqət və qiymət verildiyini qeyd edib. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Adel Abdulla Əl-Fələhin Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladığını deyib və xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Adel Abdulla Əl-Fələh Küveyt Dövlətinin əmirinin salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdıraraq deyib: “Bizim doğrudan da, Azərbaycana məhəbbətimiz çox dərin və böyük məhəbbətdir. Sizin atanıza, Allah Ona qəni-qəni rəhmət eləsin, xüsusi hörmətimiz və dərin məhəbbətimiz vardır. Sizin möhtərəm şəxsinizə də hörmətimiz böyükdür. Apardığınız müdrik, Azərbaycana böyük uğurlar gətirən siyasətinizi həmişə bəyənirik və yüksək qiymətləndiririk. Heç şübhəsiz ki, Sizin qərar verdiyiniz bu yüksək dövlət mükafatı fəaliyyətimdə yeni-yeni uğurlar qazanmaqda mənə kömək edəcək, bir növ təkan verəcək”.
Dövlətimizin başçısı Küveyt əmirinin salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Küveytin əmirinə çatdırmağı xahiş edib.
Sonra Prezident İlham Əliyev Azərbaycan dövlətinin yüksək mükafatı olan “Dostluq” ordenini Küveytin islam işləri və vəqf nazirinin müavini Adel Abdulla Əl-Fələhə təqdim edib.
Qeyd edək ki, Adel Abdulla Əl-Fələh “Heydər Əliyev və milli mənəvi dəyərlər”, “Azərbaycan, Rusiya və Orta Asiyadakı müsəlmanlarla tanışlıq” və digər silsilə kitabların müəllifidir. Adel Abdulla Əl-Fələh, eyni zamanda, Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin rəhbəridir. Onun rəhbərliyi ilə komitə uzun illərdir ki, Azərbaycanda müxtəlif istiqamətlərdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur. Komitə 1996-cı ildə Azərbaycan qaçqınlarının problemlərinə həsr olunmuş I Beynəlxalq konfrans təşkil edib. Humanitar fəaliyyətini genişləndirən Beynəlxalq İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsi Bakıda və Ağdaş şəhərində qaçqınlara və ehtiyacı olanlara pulsuz tibbi xidmət göstərən iki mərkəzi maliyyələşdirib, xaricə göndərilən tələbələrə, yerli universitetlərdə təhsildə fərqlənən qaçqın və məcburi köçkün uşaqlarına maliyyə yardımı göstərib. Komitə Adel Abdulla Əl-Fələhin rəhbərliyi ilə 1998-ci ildə qaçqın uşaqların problemlərinə, onların qaçqınlıq həyatına həsr olunmuş ingilis dilində kitab nəşr etdirərək dünya ictimaiyyətinə təqdim edib. Bu qurum respublikamızın müxtəlif regionlarında 12 məscid inşa edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26

