Azərbaycan qarşıya qoyduğu bütün məqsədlərə vaxtından əvvəl çatmağa qadirdir
12.06.2010 [02:55]
Azərbaycanda dərin makroiqtisadi təməllərin yaradılması, maliyyə sabitliyinin möhkəmlənməsi istiqamətində çevik iqtisadi addımların atılması, sosial siyasətin dərinləşməsi ölkəmizin dinamik inkişafını daha da sürətləndirib, iqtisadiyyatın real sektorunda rəqabətqabiliyyətliliyi və davamlılığı gücləndirib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanın inkişaf etmiş dövlət kimi mövqeyini möhkəmləndirib.
Prezident İlham Əliyev 28 May-Respublika Günü münasibətilə keçirilən mərasimdə bildirib ki, respublikamızda həyata keçirilən düşünülmüş iqtisadi siyasət, davamlı islahatlar kursu və xalqın sosial tərəqqisinə xidmət edən davamlı proqramlar Azərbaycanın inkişafı üçün əlverişli baza yarıdıb. ölkəmizin iqtisadi və sosial inkişafı üçün yeni-yeni imkanlar açılmaqdadır. Azərbaycan keçid iqtisadiyyatını başa vuraraq yeni inkişaf erasına daxil olub. Bütün bu uğurların geniş miqyas almasına 2003-cü ilin ikinci yarısından etibarən iqtisadi islahatların keyfiyyət və kəmiyyət baxımından yeni mərhələyə qədəm qoyması, iqtisadiyyatın strukturunun və regional siyasətin məzmununun daha da təkmilləşməsi səbəb olub: “2004-2009-cu illərdə Azərbaycanda iqtisadi inkişaf templəri dünya miqyasında ən sürətli idi. O illərdə iqtisadiyyatımız təxminən 3 dəfə artmışdır. ölkə qarşısında duran ciddi sosial məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır. İşsizliyə qarşı mübarizə gözəl nəticələrini verir. Yoxsulluğun azaldılması sahəsində praktiki işlər görülübdür. Əminəm ki, yaxın zamanlarda bu iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə silinəcəkdir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində son 6 ildə iqtisadiyyatda dinamizm elementləri daha da sürətlənib. Dövlətimizin başçısı qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, əhalinin maddi rifahının daha da yüksəldilməsi ilə bağlı mühüm nailiyyətlərə imza atmağa nail olub. Həyata keçirilən davamlı tədbirlərin son 6 ildə uğurla reallaşdırılması nəticəsində ölkənin sosial-iqtisadi inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2004-2009-cu illər ərzində ümumi daxili məhsul (üDM) 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 4,8 dəfə, orta aylıq əməkhaqqı 3 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə artıb, 33 mindən artıq yeni müəssisə, 840 mindən artıq yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi 4,1 dəfə azalaraq 11 faizə enib.
Əldə olunan nailiyyətlərə regional siyasətin həyata keçirilməsi öz mühüm töhfəsini verib. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları respublikamızın iqtisadi, siyasi, sosial, ictimai, mədəni, humanitar bölmələrində əhəmiyyətli dərəcədə dəyişikliklərə səbəb olub, bütün bölgələrin bərabər və tarazlı şəkildə inkişafında müstəsna rol oynayıb. Proqram çərçivəsində aparılan işlər regionlarda istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması sahəsində inqilabi dəyişikliklərə səbəb olub. Regionlarda həyata keçirilən genişmiqyaslı işlər vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına impuls verib.
2009-2013-cü illəri əhatə edən Dövlət Proqramının icrası isə iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğun olaraq bütün regionlarda istehsal və emal müəssisələrinin yaradılması, infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, ən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirləri nəzərdə tutur. Bu proqram ölkəmizin tərəqqisi və zənginləşməsinə əlavə stimul vermiş olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin qarşısında duran bütün məsələlər yaxın vaxtlarda tam həllini tapacaq: “ölkənin bütün bölgələrində quruculuq işləri aparılır. Mən tam əminəm ki, ikinci regional inkişaf proqramının uğurlu icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas infrastruktur, sənaye, iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. İqtisadi inkişafın dinamikası onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə bəlkə də vaxtından əvvəl çatacağıq. Biz bundan sonra da güclü sosial siyasət aparacağıq, iqtisadi imkanlarımızı genişləndirəcəyik. Bizim artıq çox böyük maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız və düşünülmüş strateji xəttimiz vardır. Qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır”.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25

