Azərbaycanda Avro-2 standartının tətbiqi ekologiyanın daha yaxşı qorunmasına xidmət edir
17.07.2010 [11:15]
ölkəmizdə artıq bir neçə ildir ki, ətraf mühitin mühafizəsi sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Ekoloji problemlərin həlli istiqamətində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Xəzər dənizinin illərdən bəri yığılan problemləri çözülür, neftlə çirklənmiş ərazilər təmizlənir, tullantı suları ilə bağlı problem, həmçinin, içməli su problemi aradan qaldırılır. Bərk məişət tullantılarının idarə olunması üzrə yeni texnologiyalar tətbiq edilir. ölkəmiz dünyada başlanan “yaşıl hərəkat”a öz töhfəsini verir. Bu ilin prioritetinə çevrilmiş ekoloji məsələlərə də yanaşma digər sahələrdə olduğu kimi kompleks xarakter daşıyır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bu sahədə gedən işlərin nəticəsindən razı qaldığını vurğulayıb: “Bu il Azərbaycanda “Ekologiya ili” elan edilibdir və mən çox şadam ki, ilin birinci yarısında bu sahədə görülən tədbirlər öz nəticəsini verir. Artıq Azərbaycanda bu il bir neçə milyon ağac əkilibdir. Təkcə Bakı və Abşeron yarımadasında 800 min ağac əkilibdir və bu proses payızda davam etdiriləcəkdir. Beləliklə, qarşımıza qoyduğumuz vəzifə icra olunacaqdır. Ancaq bununla bərabər, bu tədbirləri biz ancaq “Ekologiya ili”də görməməliyik. Bu, daimi proses olmalıdır və Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür”.
Azərbaycan nəinki “yaşıl hərəkat”a, həm də atmosfer havasının mühafizəsinə öz töhfəsini verir. ölkəmizdə indiyədək mütəmadi monitorinqlərlə atmosfer havasına buraxılan zərərli qazların miqdarı müəyyənləşdirilib və həmin qazların mənbələrinin qarşısının alınması istiqamətində konkret tədbirlər görülüb. Bu məqsədlə atmosfer havasının çirklənməsinin monitorinqi şəbəkəsi qurulub. Qeyd edək ki, şəbəkə ölkənin iri sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə fəaliyyət göstərən 8 atmosfer havasının monitorinqi laboratoriyasından və 26 müşahidə məntəqəsindən ibarətdir. Bu şəhərlərdə atmosfer havasında çirkləndiricilərin təyin edilməsi üçün gündə üç dəfə müxtəlif saatlarda nümunələr götürülərək, hər bir şəhərin sənaye profilinə uyğun olan spesifik çirkləndiricilər üzrə kimyəvi analizlər aparılır.
Atmosferin çirklənməsi həm də avtomobillərdə yanacağın yanması nəticəsində baş verir. İndiyə qədər müəyyən olunmuş standartlar əsasında monitorinqlər keçirilib və hər dəfə xeyli sayda avtomobil sahibləri cərimələnib. Bu monitorinqlərdə ortaya çıxan atmosferə zərərli qazların buraxılması faktı avtomobillərin texniki nasazlığı səbəbi ilə yanaşı, həm də qəbul edilmiş standarlar əsasında istifadə edilən yanacağın keyfiyyəti ilə izah olunurdu. Bunun qarşısını almaq məqsədilə ölkəmizdə daha bir addım atılıb. Azərbaycan Avro-2 standartına keçib. Dövlətin atmosferin mühafizəsinə hesablanmış bu addımı barədə Prezident İlham Əliyev deyib: “Bu ay biz artıq Avro-2 standartına keçdik. Bu da hesab edirəm ki, çox vacib və əlamətdar hadisədir. Bu, birinci addımdır, bu, bizim bu məsələyə nə qədər ciddi yanaşmağımızı göstərir. Ancaq bu addımdan sonra əlavə başqa addımlar da atılmalıdır. Yəni, Avro-2 bizim son hədəfimiz deyil, ondan sonra Avro-3, Avro-4, Avro-5 var, yəni görülən bütün işlər bu istiqamətə yönəldilməlidir. Avro-2 standartlarına keçid artıq çox ciddi bir addımdır, yəni birinci addımdır”.
ölkəmizin Avro-2 standartına keçid etməsi bu sahə mütəxəssisləri tərəfindən də təqdir olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Sadiq Şirəliyevin sözlərinə görə, Avro-2-yə keçid vaxtında atılmış düzgün addımdır: “İndiyədək ölkəmizdə 1987-ci ildə hazırlanan dövlət standartları tətbiq olunub. Hələ keçmiş Sovet İttifaqı dövründə hazırlanan həmin standartların vaxtı MDB dövlətləri tərəfindən uzadılıb. Həmin standartlar isə atmosferə buraxılan zərərli qazların yalnız ikisinə norma müəyyənləşdirirdi. Təqribən 280-ə yaxın ixrac qazları var. Atmosferə buraxılan bu qazların bir qismi az, bir qismi isə çox zərərlidir. SSRİ dönəmində qəbul olunan standartla norma müəyyənləşdirilən iki qazdan biri - karbo-oksidlərə (dəm qazı) nəzarət qismən vardı. Buna da tam nəzarət demək olmaz. Karbohidrogenlərə nəzarət isə tamamilə yox dərəcəsində idi. Düzdü, bəzi müəssisələrdə karbohidrogenin həcmini müəyyənləşdirən cihazlar vardı. Ancaq yetərli sayılmırdı”.
Avro-2 isə daha sərt standartdır. S.Şirəliyevin sözlərinə görə, MDB ölkələri bu standarta keçidə 2006-cı ildən start verib: “Azərbaycan isə çox vaxtında bir qərar verərək bu standarta keçidi reallaşdırdı. Prezident İlham Əliyevin dediyi kimi, bu, bir başlanğıcdır. ölkəmizin atmosferi mühafizə istiqamətində atdığı addımlardan biridir. Təbii ki, biz digər standartlara da keçidə nail olacağıq. Getdikcə sərtləşən bu standartların tətbiqi atmosferə atılan zərərli qazların miqdarının azalmasına gətirib çıxaracaq. Təsəvvür edin ki, hər bir standartın tətbiqi nəticəsində ixrac qazlarının tətbiqi yarıbayarı azalır. Tələb sərtləşir, keyfiyyət yüksəlir. Bu isə atmosferin mühafizəsi sahəsində çox böyük iş deməkdir”.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 Aprel 18:30
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40

