Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın uğurudur
29.07.2010 [03:29]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər çağlayanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər çağlayanın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirib. ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Prezident İlham Əliyev bu əlaqələri daha da genişləndirmək üçün imkanların mövcudluğunu vurğulayıb. Nazirlə birlikdə türkiyəli iş adamlarının da ölkəmizə səfər etməsinə toxunan dövlətimizin başçısı bunun yerli iş adamları ilə birgə fəaliyyət qurmaq və əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu deyib.
Türkiyənin xarici ticarət məsələləri üzrə Dövlət naziri Zəfər çağlayan Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan böyük inkişaf proseslərinin bu gün uğurla davam etməsindən məmnun olduğunu bildirib. Bir il əvvəl ölkəmizə səfərini xatırlayan Zəfər çağlayan ötən dövr ərzində şəhərdə yeni-yeni gözəl binaların tikildiyinin, geniş yolların salındığının və Bakıda dünyanın heç bir ölkəsində olmayan yüksəlişin şahidi olduğunu qeyd edib. 2009-cu ildə dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının 9 faiz artdığını vurğulayan qonaq ölkəmizin inkişafından qürur duyduqlarını deyib və əldə edilən yüksək nailiyyətlərə görə dövlətimizin başçısını təbrik edib.
Xoş sözlərə görə qonağa təşəkkür edən dövlətimizin başçısı ölkəmizdə böyük inkişaf proseslərinin getdiyini vurğulayaraq bildirib ki, Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə Azərbaycanın uğurudur. Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

