Qəbələ İkinci Beynəlxalq musiqi festivalının təntənəli rəsmi açılışı olub
31.07.2010 [03:57]
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə keçirilən İkinci Beynəlxalq musiqi festivalının dünən təntənəli rəsmi açılışı olub.
Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları dövlətimizin başçısını, xanımını və YUNESKO-nun baş direktorunu hərarətlə qarşılayıblar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva festivalın açılışında çıxış edib.
ölkəmizin dilbər güşələrindən birində - Qəbələdə qonaqları salamlayan Mehriban xanım bildirib ki, bu gözəl şəhər dünyanın ən qədim sivilizasiyalarından birinin - Qafqaz Albaniyasının paytaxtı olub və hər bir dövr, hər bir mədəniyyət burada öz izini qoyub. “Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir”, - deyən Azərbaycanın birinci xanımı bildirib ki, bu günlərdə hamımızı bir amil - musiqi birləşdirir.
Mehriban xanım Əliyeva YUNESKO-nun baş direktoru xanım İrina Bokovaya Azərbaycana gəldiyinə və bu festivalda iştirakına görə təşəkkür edib. O, Azərbaycan-YUNESKO əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu əlaqələrin çoxşaxəli olduğunu deyib. Prezident İlham Əliyevə gərgin iş qrafikinə baxmayaraq, festivalın rəsmi açılışına qatıldığına görə minnətdarlıq edən Azərbaycanın birinci xanımı musiqiçiləri də salamlayıb və bu musiqi bayramının ilk növbədə onların sayəsində baş tutduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən YUNESKO-nun baş direktoru xanım İrina Bokova festivala uğurlar arzulayıb. Azərbaycana səfərindən məmnun olduğunu deyən İrina Bokova bu beynəlxalq festival üçün Qəbələnin möhtəşəm səhnə olduğunu vurğulayıb. “Bu festival Azərbaycanın zəngin musiqi irsi ilə tanışlığa şərait yaradır”, - deyən xanım Bokova YUNESKO prinsiplərini hər zaman yüksək tutduqlarına görə Azərbaycan Prezidentinə və Mehriban xanım Əliyevaya təşəkkür edib.
Qəbələ Beynəlxalq musiqi festivalının əhəmiyyətindən danışan YUNESKO-nun baş direktoru deyib ki, bu bayram Azərbaycan musiqisinin ruhunu əks etdirir və gələcəkdə qəlblərin və düşüncələrin bir araya gəlməsi üçün bu cür tədbirlər mühüm əhəmiyyət daşıyır. “Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır və bu festival da həmin mədəniyyətləri ən yüksək səviyyədə təqdim edəcəkdir”, - deyən İrina Bokova Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirib.
İrina Bokova YUNESKO-nun “Qızıl Motsart” medalını Mehriban xanım Əliyevaya təqdim edib.
Azərbaycan mədəniyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Sonra konsert proqramı olub.
London Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib. Konsetdə Dmitri Yablonski, Yuri Başmet, Emilio Ponsı, Xloe Hanslip, Fərhad Bədəlbəyli çıxış ediblər.
Gecənin sonunda Qəbələnin yay səmasını möhtəşəm atəşfəşanlıq əlvan rənglərə boyayıb.
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14

