Azərbaycanda pensiyaların artırılması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək
03.09.2010 [09:54]
Azərbaycanda sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və digər tədbirlər öz mühüm nəticələrini göstərməkdədir. Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2010-cu ilin əvvəllərindən başlayaraq ölkə iqtisadiyyatının, onun aparıcı sahələrinin davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirib. ölkəmizdə makroiqtisadi və sosial sabitliyin qorunub saxlanılması, əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılması, onun aztəminatlı qruplarına dövlət qayğısının artırılması istiqamətində sistemli tədbirlər davam etməkdədir.
Sosial siyasətin əsas məzmunu ölkə vətəndaşlarının ən yüksək səviyyədə maddi təminatının həll olunması və onların sosial infrastruktur növləri ilə əhatə edilmələridir. Bu istiqamətdə müntəzəm olaraq layihələr həyata keçirilir, ölkəmizin milli gəlirlərinin əsas hissəsi sosial xərclərə yönəldilir. Bunun nəticəsidir ki, ölkəmizdə pensiya və maaşlarda mütəmadi artım müşahidə olunur. Son 6 ildə bu bölmədə artım dinamikası 4 dəfədən çox olub. Hazırda ölkəmizdə orta pensiyaların həcmi təxminən 130 dollar təşkil edir. Azərbaycan orta pensiya məbləğinin artım tempinə görə, MBD ölkələrinin əksəriyyətini üstələyib. Məsələn, Ermənistanda minimum pensiya 21,6 dollar, Belarusda 82,1 dollar, Türkmənistanda 124,2 dollar, Qırğızıstanda 17,1 dollar, Moldovada 48,5 dollar, Rusiyada 90,2 dollar, Tacikistanda 18,3 dollar, özbəkistanda 55,3 dollar, Ukraynada 89,8 dollar, Qazaxıstanda 170 dollar təşkil edir. Azərbaycan bu göstəriciyə görə MDB məkanında Qazaxıstandan sonra 2-ci yeri tutur.
Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilib. Dövlət başçısının pensiyaçıların və digər sosial kateqoriyaların sosial müdafiəsini gücləndirmək məqsədi ilə yürütdüyü davamlı siyasət ölkə daxilində sosial vəziyyətin yaxşılaşmasını təmin etməklə yanaşı, respublikamızın digər dövlətlərlə müqayisədə iqtisadi inkişafının üstünlüyünü şərtləndirmiş olur. Qeyd edək ki, yeni pensiya artımı ölkəmizdə 1 milyon 291 mindən çox vətəndaşa şamil olunacaq və onların pensiyalarının baza hissəsi 13,3 faiz çoxaldılacaq. Beləliklə, pensiyalarının baza hissəsi 106 dollara çatıb. Artıq yeni artımdan sonra pensiyaların ölkə üzrə orta məbləği 150 dollara çatacaq. Qeyd edək ki, pensiya və müavinətlərin artırılması ilə bağlı tədbirlər kompleks xarakter daşıyır və bütün kateqoriyaların rifah halının yaxşılaşdırılmasını nəzərdə tutur.
Prezident İlham Əliyev bildirib ki, son illərdə pensiyaların artımı üçün tədbirlər görülür və bu siyasət nəticəsində orta aylıq pensiyaların məbləği bir neçə dəfə artıb. Dövlətimizin başçısı qarşıdakı illərdə bu siyasətin davam etdiriləcəyini və pensiyaların artırılması üçün imkanların səfərəbər olunacağını diqqətə çatdırıb: “Biz bütün vətəndaşların problemlərini həll etməliyik. Xüsusilə, büdcə təşkilatlarında işləyənlərin əmək haqlarını, pensiyaçıların pensiyalarını artırmaq üçün bizdə imkanlar var və bu il bu artım gözlənilir. Əvvəlki illərdə minimum əməkhaqqı, minimum pensiya böyük dərəcədə artırılıb və deyə bilərəm ki, Azərbaycan bu göstəricilərə görə bu gün MDB məkanında ən yüksək yerlərdədir. Biz elə etməliyik ki, insanların minimum məvacibi, minimum pensiyası onun gündəlik tələbatının ödənilməsinə imkan versin. Biz çalışmalıyıq ki, pensiyaların məbləğini bundan sonra da artıraq”.
Göründüyü kimi, sosial siyasətin təkmilləşdirilməsi məqsədi ilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaq. 2011-ci ilin büdcə layihəsində sosialyönümlü xərclərin həcminin daha da artırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, minimum əməkhaqqının, pensiyaların, müavinətlərin və maaşların artırılması gələn il də reallaşacaq. ümumiyyətlə, büdcə layihələri hazırlanarkən strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, ələlxüsus aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir.
Sosial siyasətlə bağlı islahatlar 2011-2013-cü illərdə daha da intensivləşəcək və bütün sosial kateqoriyaların həyatında pozitiv dəyişikliklər hiss olunacaq. ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması qarşıdakı illərin bütün iqtisadi və sosial proqramlarının əsas proritetlərini təşkil edir. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
ümumiyyətlə, sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən olacaq. Bu illər ərzində sosial təminat sahəsində bütün insanların vəziyyətinin yaxşılaşdırılması nəzərə alınacaq. Belə ki, minimum əməkhaqqı və pensiyaların, şəhid ailələrinin, veteranların, əlillərin, ana və uşaqların, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, müavinətlərin artırılması, ümumiyyətlə, yoxsulluğun azaldılması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

