Milli maraqlara söykənən siyasət uğura aparan yolun əsasını təşkil edir
04.09.2010 [09:48]
İqtisadi yüksəlişi, dünyanın enerji təhlükəsizliyinin və regionda sabitliyi təmin olunmasında oynadığı rolla diqqət mərkəzində olan Azərbaycan dövləti uğurlarını bütün sahələrdə, bütün müstəvilərdə paralel şəkildə əks etdirə bilir. İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası münasibətlərin və əlaqələrin müsbət tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin yürüdülməsi, ölkəmizin yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Bu isə dövlətimizin dünya ölkələri ilə əlaqələrinin daha yüksək səviyyəyə gəlib çıxmasına imkan verir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər kontingentlər üçünsə kifayət qədər ciddi partnyor kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq və ikitərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Bu kursun aydın və səmimi olması nəticə etibarı ilə dünya tərəfindən təqdir edilir. Məsələlərə yalnız beynəlxalq hüquq və milli maraqlar çərçivəsindən yanaşması, Azərbaycanın həm Qərb, həm də Şərq ölkələri ilə eynidərəcəli münasibətlər qurmasına imkan verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman ölkəmizin bu prinsiplərə sadiq qalacağını xüsusi olaraq vurğulayır. ölkə Prezidenti sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılış mərasimində söylədiyi nitqində ölkəmizin beynəlxalq arenada mühüm yer tutduğunu qeyd edib: “Azərbaycan beynəlxalq arenada özünəlayiq yerini tuta bilmişdir. Xarici tərəfdaşlarımızın, dostlarımızın sayı gündən-günə artır. Azərbaycan çox gözəl beynəlxalq imicə malikdir. Bizim bütün xarici siyasətimiz bir məqsədi güdür ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun, Azərbaycan dövləti güclənsin və Azərbaycan xalqı daha da yaxşı yaşasın”.
Azərbaycan hər zaman milli maraqlara söykənən müstəqil siyasi kurs yürütməsi ilə seçilib. Bunun nəticəsidir ki, uzun illər erməni yalanlarının, şər, böhtan dolu təbliğatın qarşısında iradə nümayiş etdirən ölkəmiz öz haqq səsini bütün dünyaya çatdıra bildi. Dünya ictimaiyyəti Azərbaycanın ədalətin və həqiqətin bərpası uğrunda mübarizə apardığını anladı. Birmənalı şəkildə qeyd etmək olar ki, son beş ildə aparılan məqsədyönlü xarici siyasət Azərbaycanın dünya miqyasında mövqelərinin həddindən artıq möhkəmləndirilməsində başlıca rol oynayıb. Bunun nəticəsində də Azərbaycan dünyanın aparıcı dövlətlərinin yaxın tərəfdaşına çevrilib, ölkəmiz artıq Avropanın alternativ enerji mənbəyi sayılır. Azərbaycanın dünya miqyasında yaxın tərəfdaş kimi qəbul olunmasında ən mühüm şərt ölkəmizin əldə etdiyi iqtisadi inkişaf, potensial və siyasi sabitlikdir. Bundan başqa, ölkəmizin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm strateji mövqeyə malik olması, dünyanın enerji təhlükəsizliyində oynadığı rol hətta böyük ölkələri də Azərbaycana qarşı münasibətində diqqətli mövqe tutmağa sövq edir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman ölkəmizin hətta qlobal iqtisadi məsələlərə belə öz milli maraqları müstəvisindən yanaşdığını bildirib. Bunun nəticəsidir ki, bu gün də Azərbaycan torpaqlarını işğal edən təcavüzkar Ermənistan regionda reallaşdırılan genişmiqyaslı enerji layihələrindən kənarda saxlanılır. çünki Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələr bizim milli maraqlarımıza hörmətlə yanaşmalıdırlar, ən əsas şərt budur. Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycanın milli maraqları təmin olunmadan Cənubi Qafqaz bölgəsində geniş mənada əməkdaşlıq mümkün deyildir.
O, cümlədən, ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar siyasi uğurların daha da möhkəmlənməsinə şərait yaradır. Bu da siyasi kursun gücündən, düzgün istiqamətindən xəbər verir. Bütün görülən işlər, əldə olunan uğurlar isə düşünülmüş və milli maraqlar əsasında qurulmuş siyasətin Azərbaycanı növbəti illərdə də böyük uğurlara daşıyacağını deməyə əsas verir.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

