“Milli şura” adlı yığıncaq Vladimir Putinə niyə məktub göndərmişdi?
06.04.2022 [17:29]
Siyasət məqsədyönlü və ciddi fəaliyyət növüdür. Ona görə də ilk növbədə məntiq, idrak – şüur, məsuliyyət, vicdan – səmimiyyət, ən əsası, peşəkarlıq tələb edir. Bu keyfiyyətlərə malik siyasətçilərin uğur hekayələri göz önündədir. Amma təcrübədə fərqli reallığın da şahidi oluruq, müxtəlif, üstəlik, əcaib-qəraib hallara rast gəlirik. Elə “milli şura” adlandırılan qondarma qurumun “siyasətçi” cildinə girmiş üzvlərinin timsalında olduğu kimi.
Onlar yerli və beynəlxalq gündəmi müzakirə etdiklərini vurğulayaraq absurd iddialar üzərindən özlərini “ağır top” kimi göstərməyə çalışırlar (halbuki cəmiyyət “siyasi yüngüllük”lərinə bələddir). Konkret olaraq AXCP sədri, bir həsir, bir də məmmədnəsirdən ibarət olan “milli şura”nın üzvü Əli Kərimli yenidən Osmanqızı TV adlı xaricdən idarə olunan “youtube” kanalında zühur edərək “onlayn teatr tamaşası” təşkil edir. Budəfəki mövzu isə Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi münasibətilə ölkə başçılarının bir-birinə təbrik məktubu göndərmələridir.
Anna Akopyan baxışları, ədası və zehniyyəti ilə virtual efir məkanını “bəzəyən” Sevinc Osmanqızı bu diplomatik proseduru – rəsmi şəxslərin (dövlət başçılarının) məktub göndərməsini “sevgi məktubları ünvanlamaq” kimi təsvir və təqdim etməyə çalışır. Görünür, burada iki anomaliya özünü göstərir: savadsızlıq (siyasətdən, diplomatiyadan bixəbər olmaq) və hər məsələni “sevgi mövzusu” üzərindən şərh etmək vərdişi (kompleksi). İkinci məqamla işimiz yoxdur, hər halda, bunu psixoloqlar (və ya psixiatrlar) təhlil etsələr, yaxşı olar (təbii ki, lüzum varsa). Amma “həftə səkkiz, mən doqquz” ekran qarşısında siyasi moizələr oxuyan Osmanqızı bilməmiş olmaz ki, “diplomatiya” adlı fəaliyyət sahəsi var – üstəlik, diplomatik fəaliyyət dövlətçilik məsələsidir – strateji xəttdir. Həmin diplomatiyanın da yazılmış və yazılmamış qanunları, qaydaları var. Bu qaydalar dünyanın dörd bir tərəfində - elə Osmanqızının məskunlaşdığı okeanın o tayında da tətbiq edilir. Xüsusilə, diplomatik əlaqələrin 10, 20, 30 və s. illiyi ilə əlaqədar təbrik məktublarının göndərilməsi, bu müddət ərzində qət edilən məsafəyə - keçilən yola nəzər salınması – dəyərləndirilməsi təəccüblü deyil.
Təəccüblü olan budur ki, 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putinə “milli şura” adından məktub göndərən yararsız və yarıtmaz “siyasətçi”lərdən Əli Kərimli təbrik məktublarının göndərilməsi üzərindən dövləti, iqtidari ittiham etməyə çalışır:
- Birincisi, İlham Əliyevin Azərbaycan Prezidenti kimi Rusiyanın dövlət başçısına diplomatik əlaqələrin 30 illiyi ilə əlaqədar məktub göndərməsində qeyri-adi heç nə yoxdur. Azərbaycanın Lideri istənilən diplomatik təması və fəaliyyəti ölkəsinin milli maraqlarını qorumaq üçün həyata keçirir. Biz Rusiya ilə müharibə şəraitində deyilik, müttəfiqlik münasibətlərinə malikik. Hər halda, antimilli şuraçıların könlü xoş olsun deyə dövlət 1992-1993-cü illərdə cəbhəçilərin timsalında olduğu kimi “o ölkəyə bomba atarıq, bu ölkəni vurarıq, asarıq-kəsərik” deməli deyil. Digər tərəfdən, Əli Kərimlinin siyasətin “s” hərfindən xəbəri olsaydı, bilərdi ki, siyasətçi, qarşıdurma, təcrid yolu deyil, münasibətləri inkişaf etdirmək, situasiyadan dövlət mənafeləri üçün yararlanmaq üçün ən optimal yolu seçməlidir. Diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar məktub göndərməmək üçün isə əlaqələrin tamamilə kəsilməsi (və ya dondurulması) lazımdır. Bunu Rusiyaya sanksiya tətbiq edən, Moskvanın diplomatlarını persona non-qrata elan edən Avropa ölkələri belə etmirlər;
- İkincisi, İlham Əliyev respublikanın rəhbəri – dövlət başçısı kimi məktub göndərir, Azərbaycanı təmsil edir. Bəs “milli şura” adlı autsayderlər yığıncağı 2013-cü ildə hansı sifətdə-hansı statusda (və hansı məqsədlə) Rusiya Prezidentinə məktub göndərmişdi? Məgər onlar da dövləti təmsil edirdilər, yoxsa diplomatik imtiyazları var idi?!
- Üçüncüsü, bu gün Rusiya Prezidentinin ünvanına “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr səsləndirən Əli Kərimli və “ansambl yoldaşları” nə üçün 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar? Məktubda Rusiya dövlət başçısına xitabən “müxalif qüvvələrin hüquqi və demokratik dövlət qurmaq ümidləri” ifadəsindən istifadə edilirdi;
- Məktubun sonunda isə “Biz əminik ki, dövlət başçısı kimi bu hisslər cənab Putin, Sizə yaxındır və biz istəyirik ki, onlar Rusiyada olduğu kimi Azərbaycanda da reallığa çevrilsin” ,- deyə qeyd olunmuşdu. İlham Əliyev diplomatik əlaqələrin inkişafından, Azərbaycanın strateji maraqlarından bəhs edir, “milli şura” adlı konyuktur dərnək isə “Rusiyanın Azərbaycanda hüququ bərqərar etməsi”dən. İndi sual olunur: qüsurlu yanaşma hansıdır?!
- Nəhayət, bir ölkənin başçısına necə olur ki, gah “diktator”, gah “demokrat” deyə müraciət olunur. Bu sevgi və nifrət haradan qaynaqlanır? Reallıq dəyişib? Xeyr, hər şey olduğu kimi və yerindədir: dəyişən, sadəcə olaraq, siyasi buqələmunların rəngidir. Və bir də dəyişməyən var: o da Əli Kərimli ilə düşərgədaşlarının xisləti – fitrəti və vərdişləridir. Pis vərdiş isə yalnız ziyan verir – zərər gətirir. Təkcə fiziki deyil, həm də ağıl sağlamlığına!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17

