YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbi 1-ci Rəqəmsal İdeya Müsabiqəsi keçirib
19.05.2022 [21:13]
Mayın 19-da Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Ali Məktəbin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasim 1-ci Rəqəmsal İdeya Müsabiqəsi barədə videoçarxın nümayişi ilə davam etdirilib.
Sonra YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov müsabiqə barədə hesabat təqdim edərək bildirib ki, əsas məqsədimiz partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakının artırılmasıdır. Müsabiqə üçün respublikamızın 60 şəhər və rayonundan 1361 nəfər qeydiyyatdan keçib. Müraciət edənlər arasından 23 fərqli şəhər və rayonu təmsil edən 120 iştirakçı layihədə iştirak şansı qazanıb və bu iştirakçıların 55 nəfəri kişi, 65-i isə qadındır.
Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov qonaqları salamlayaraq bu müsabiqənin gənclərin inkişafında, onların potensiallarının, bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib: “Əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssislər yetişdirən Ali Məktəb olaraq gənclərin inkişafına dəstək verən bu cür tədbirləri təşkil etməkdən qürur duyuruq. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə birgə təşkil etdiyimiz bu müsabiqə innovasiya yönümlü gənclərin istedadlarını nümayiş etdirməsi üçün xüsusi fürsətdir. Əminəm ki, bu müsabiqə innovativ yanaşmaları ilə fərqlənən gənclərə böyük fayda verəcək”.
SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxışında YAP Gənclər Birliyi və BANM tərəfindən bu layihənin təşkil olunmasını yüksək qiymətləndirib və müsabiqənin Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb etdiyini qeyd edib. O, SOCAR-ın da gənclərin inkişafına xidmət edən müxtəlif təqaüd proqramları həyata keçirdiyini, bu proqramlardan yüzlərlə gəncin yararlandığını vurğulayıb.
Mərasimdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilikli və bacarıqlı gənc nəsil formalaşıb. Onun sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib: “Yeni Azərbaycan Partiyası hər zaman gənclərin inkişafına geniş imkanların yaradılmasını, bilik və bacarıqlı gənclərimizə dəstək verilməsini diqqət mərkəzində saxlayıb. Partiyamız bu məqsədlə davamlı olaraq müxtəlif səmərəli layihələr həyata keçirir. İnanıram ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan bu müsabiqə seçilmiş 120 nəfər üçün çox faydalı olacaq və gənclərimiz öz innovativ potensialını təkmilləşdirəcək. Hesab edirəm ki, bu tipli layihələrin gələcəkdə də davam etdirilməsi gənclərimizin intellektual inkişafı üçün olduqca faydalıdır”.
Daha sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda innovasiyaların inkişafı və bu sahədə yaradılan əlverişli şəraitdən, rəqəmsal transformasiyanın əhəmiyyətindən danışıb və qeyd edib ki, bu müsabiqə Azərbaycanın innovasiya ekosistemində gənclərin iştirakının artırılmasına töhfədir. O, müsabiqənin qarşıya qoyulan hədəf və məqsədlərə nail olduğuna əminliyini ifadə edərək vurğulayıb ki, rəhbərlik etdiyi nazirlik hər zaman bu tipli tədbirlərə dəstək göstərməyə hazırdır.
Təhsil naziri Emin Əmrullayev isə gənclərə təqdim olunan bu imkanı yüksək qiymətləndirərək vurğulayıb ki, müsabiqə istedadlı və innovativ yanaşmaları ilə seçilən gənclərin bacarıqlarının üzə çıxmasında böyük rola malikdir. Nazir rəqəmsallaşmanın əhəmiyyətini qeyd edərək bildirib ki, bu amil həyatın bütün sahələrində, xüsusilə də təhsildə vacibdir. Emin Əmrullayev iştirakçıların fərqli mühitdə, fərqli öyrənmə imkanı əldə etdiyi bu müsabiqədə xüsusilə regionlardan yüzlərlə gəncin iştirak etmək arzusunda olmasını sevindirici hal olaraq qiymətləndirib.
Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən, gənc nəslə göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, YAP və BANM-nin birgə təşkil etdiyi 1-ci Rəqəmsal İdeya Müsabiqəsi də gənclərin inkişafı yönündə atılan mühüm addımlardan biridir.
Tədbirdə çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru, müsabiqənin münsiflər heyətinin üzvü Fariz Cəfərov nəticələr haqqında məlumat verib. O, həmçinin regionlardan olan müəllimlərin rəqəmsal ideyalarının çox sevindirici olduğunu qeyd edib və bildirib ki, müsabiqə gənclərin innovativ vərdişlərə yiyələndiyini bir daha sübut etdi.
Qeyd edək ki, müsabiqənin qeydiyyat prosesi 14-28 aprel tarixlərində baş tutub. Müsabiqədə seçilən iştirakçılar 8 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar.
Mərasimin sonunda qaliblər mükafatlandırılıb. I yerin qalibi “Xudayar”, II yerin qalibi “Zəfər”, III yerin qalibi “Yarat” komandaları, “İntellekt” rinqinin qalibi isə “İnnovasiya” komandası olub.
Xəbər lenti
Hamısına baxElm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31

