Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevi təbrik edib

Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevi təbrik edib

16.12.2010 [11:01]

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın milli bayramı münasibətilə Prezident Nursultan Nazarbayevə təbrik məktubu göndərib. Məktubda deyilir: “Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Əminəm ki, zəngin ənənələrə malik Azərbaycan-Qazaxıstan dostluğu, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız daim xalqlarımızın mənafelərinə, ölkələrimizin çiçəklənməsinə xidmət edəcək, regionumuzda sülhün və əmin-amanlığın bərqərar olmasına töhfələr verəcəkdir. Belə bir əlamətdar gündə Sizə, hörmətli Nursultan Abişeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qazaxıstan xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Paylaş:
Baxılıb: 1006 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31