/ / Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilib
Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilib
20.05.2011 [08:40]
Dünən Dövlət Sərhəd Xidmətinin əməkdaşları üçün inşa edilmiş yeni yaşayış kompleksi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğı nəticəsində ölkəmizdə Dövlət Sərhəd Xidmətinin işi ən müasir tələblər səviyyəsinə yüksəlib. Son illər dövlət sərhədlərinin etibarlı şəkildə qorunması, xidmətin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika, avadanlıq və ləvazimatla təmin olunması, yeni sərhəd infrastrukturunun yaradılması, kadr hazırlığı, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində böyük işlər görülüb. Xidmətin təkmilləşdirilməsi dövlət sərhədlərinin toxunulmazlığının təmin edilməsinə, beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizədə mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb.
Dövlət Sərhəd Xidmətində sərhədçilərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtın Nərimanov rayonu ərazisində sərhədçilər üçün yeni yaşayış kompleksi tikilib istifadəyə verilib. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yeni yaşayış kompleksinə gəlib.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı sərhədçi ailələri üçün inşa edilmiş yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kompleks 1,6 hektar sahəni əhatə edir. Burada on iki mərtəbəli 264 mənzilli yaşayış binası inşa olunub. Yaşayış binası iki və üç otaqlı mənzillərdən ibarətdir. Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılıb. Burada uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı var.
Dövlətimizin başçısı yaşayış kompleksində yaradılan ayrı-ayrı xidmət sahələri ilə tanış olub. Yaşayış kompleksi havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz edilib. Kompleksin ərazisində abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib.
Yaşayış kompleksi ilə tanışlıqdan sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bir qrup sakinə mənzillərin orderlərini təqdim edib.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

