Respublikamızın iqtisadiyyatı çoxşaxəlidir və bütün sahələrdə inkişaf meyilləri nəzərə çarpır
28.07.2011 [10:25]
Bu bir həqiqətdir ki, həyata keçirilən düşünülmüş iqtisadi islahatlar respublikamızın inkişafını təmin etməklə bərabər, Azərbaycanın xarici dövlətlər üçün cəlbedici ölkəyə çevrilməsinə əhəmiyyətli baza yaradıb. Bazar iqtisadiyyatının möhkəm təməli üzərində inkişaf etdirilən genişmiqyaslı proqramlar xarici ölkələrin Azərbaycana olan marağının daha da artmasına səbəb olub. Respublikamız dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində düşünülmüş iqtisadi strategiya həyata keçirərək yüksək inkişaf yolu keçib. ötən illər ərzində Azərbaycan dünya xəritəsində dinamik inkişaf edən, açıq iqtisadiyyata və inkişaf etmiş infrastruktura malik bir ölkə kimi öz yerini tapıb. Sistemli xarakter alan islahatların siyasi və iqtisadi inkişafın templərinə uyğun modernizasiyası Azərbaycanın dinamik inkişafı üçün münbit zəmin formalaşdırıb.
Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar nəticəsində Azərbaycanda liberal iqtisadiyyat tam formalaşıb, bazar iqtisadiyyatı prinsipləri tam qüvvəyə minib. Müstəqilliyin ilk illərində iqtisadi inkişafın təkanvericisi neft-qaz sektoru olsa da, aparılan təşəbbüslər nəticəsində qeyri-neft sektoru yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəlidir və bütün sahələrdə inkişaf meyilləri nəzərə çarpır: “Azərbaycanın enerji resurslarının işlənilməsi nəticəsində əldə edilən gəlirlər də ədalətli şəkildə bölünür və bu gəlirlər ölkə iqtisadiyyatının inkişafına xidmət göstərir... Azərbaycanda biz qeyri-neft sektorunun inkişafına xüsusi əhəmiyyət veririk. Azərbaycanda kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir”.
Dövlət başçısının qeyd etdiyi kimi, qeyri-neft sektorundakı yüksək artım Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilmiş məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcək iqtisadi inkişaf üçün dərin zəmin yaradır.
Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq gələcəkdə də Azərbaycanın davamlı inkişafı təmin ediləcək. Bu strateji hədəflərə uyğun olaraq qarşıdakı illərdə makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq. Bundan başqa sıçrayışlı inkişafı təmin etmək məqsədilə biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı sürətləndiriləcək.
Bu günlərdə Bakıda keçirilən Azərbaycan-Polşa biznes-forumunda Prezident İlham Əliyev respublikamızın inkişaf etmiş dövlət kimi bütün xarici ölkələrin maraq dairəsinə daxil olduğunu xatırladaraq əcnəbi iş adamlarının Azərbaycanda iri investisiya layihələri həyata keçirdiklərini diqqətə çatdırıb: “Biz bu gün də xarici sərmayələrin cəlb edilməsinə çalışırıq. Azərbaycan birbaşa xarici sərmayələrin həcminə görə MDB məkanında ənənəvi olaraq birinci sıralardadır. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollardan çox vəsait qoyulmuşdur. Onun əksəriyyəti daxili sərmayələrdir, ancaq xarici sərmayələr də mühüm yer tutur. Xarici sərmayələr Azərbaycanda lazımi səviyyədə qorunur, o cümlədən, qanunvericilik bunu təmin edir. Bu gün biz xarici sərmayələri eyni zamanda, qeyri-neft sektorunda da görürük. Azərbaycanda kənd təsərrüfatının inkişafında xarici sərmayələr rol oynayır, turizmin inkişafında onların rolu kifayət qədər böyükdür”.
Göründüyü kimi, Azərbaycan xarici ölkələrin respublikamızda iri investisiya layihələrində təmsil olunması üçün lazım olan bütün addımları atıb. Dövlət başçısının vurğuladığı kimi həyata keçirilən düşünülmüş siyasət öz mühüm səmərələrini verir və ölkəmizə ilbəil milyardlarla dollar sərmayə qoyulub. Yaradılmış əlverişli biznes mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına son 20 ildə qoyulmuş investisiyaların həcmi 85 milyard dolları ötüb. Bu tendensiya respublikamızın regionda ən cəlbedici ölkə kimi daha yüksək və uzunmüddətli inkişafa malik olacağını şərtləndirir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

