Terrora qarşı mübarizədə birlik əsas vasitədir
30.07.2011 [14:48]
Məlum olduğu kimi, erməni terrorunun başlıca məqsədini xəyali “Böyük Ermənistan” dövlətinin yaradılmasına mane olanlara qarşı mübarizə təşkil edir. Bu tendensiya isə müasir dövrümüzə qədər “inkişaf” edib. Bu gün Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal altında saxlayan, bir milyona yaxın soydaşımızı öz yurd-yuvalarından didərgin salan, onların hüquqlarını pozan, o cümlədən, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı tələblərini yerinə yetirməyən Ermənistan bölgədə terror fəaliyyətini davam etdirir. Hazırda Ermənistanın siyasi rəhbərliyində təmsil olunan Serj Sarkisyanın, Seyran Ohanyanın, keçmiş prezident Robert Köçəryanın rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən Xocalı soyqırımı XX əsrin ən qanlı terror aksiyalarındandır. Bu isə bir daha erməni xislətini, erməni kimliyini ifşa edir, işğalçıların məkrli niyyətlərini aşkar şəkildə nümayiş etdirir.
Digər tərəfdən, 1999-cü ildə Ermənistan parlamentində baş verən hadisələr artıq terrorun bu dövlətin idarəçilik sisteminə də yol tapdığını göstərir. Bir neçə gün öncə bu ölkənin prezidenti Serj Sarkisyanın verdiyi sərsəm bəyanatlar isə Ermənistanın öz terror siyasətini davam etdirmək arzusunda olduğunu və hələ də başqa dövlətlərin ərazilərinə qarşı iddialar irəli sürdüyünü təsdiqləyir.
Azərbaycan isə hər zaman terrora qarşı olduğunu, həmçinin, bütün problemlərin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu nümayiş etdirib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində sülh danışıqlarına üstünlük verən və dünyada sülhyaratma əməliyyatlarında iştirak edən ölkəmiz terror hadisələrini qətiyyətlə pisləyir. Bunu, bir neçə gün öncə ölkəmizdə səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Biz terrorizmin bütün formalarını qətiyyətlə pisləyirik və tam əminik ki, terrorçuluğa, terrorizmə qarşı mübarizə ancaq o təqdirdə səmərə verə bilər ki, bütün dövlətlər öz səylərini birləşdirsinlər”.
Türkiyənin Baş naziri isə öz növbəsində dünyada terrora qarşı yalnız birlik vasitəsilə mübarizə aparmağın gərəkliyini bildirib: “Bütün bunlar bizə bir şeyi göstərir ki, biz dünyadakı bu hadisələr qarşısında əl-ələ verəcəyik. Türkiyənin bu məsələdəki sıxıntısı, inanıram ki, Azərbaycanın sıxıntısıdır. Azərbaycanın terrorla bağlı belə bir sıxıntısı olsa, bizim sıxıntımızdır. Əl-ələ verərək bu mərhələləri, inşallah, aşacağıq”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
İqtisadiyyat
15 İyul 17:35
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19

