YAP nümayəndə heyəti ilə Vyetnam Milli Assambleyasında görüş keçirilib
22.11.2023 [14:52]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Vyetnam Sosialist Respublikasına səfəri davam edir.
Səfər çərçivəsində noyabrın 21-də nümayəndə heyəti Vyetnam xalqının öndəri Ho Şi Minin məqbərəsini və vaxtilə yaşadığı evini ziyarət edib.
Sonra YAP nümayəndə heyətinin Vyetnam Milli Assambleyasının Xarici əlaqələr komitəsinin sədr müavini Do Man Tien ilə görüşü olub.
Vyetnam parlamentində fəaliyyət göstərən Vyetnam-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvlərinin də iştirak etdiyi görüşdə iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin uğurla inkişaf etdiyi və əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğu qeyd edilib. Görüş zamanı parlamentlərarası əlaqələrin perspektivləri də müzakirə olunub.
Vyetnam Milli Assambleyasının Xarici əlaqələr komitəsi sədrinin müavini Do Man Tien Azərbaycan ilə Vyetnam arasında münasibətlərin çoxşaxəli və səmərəli olduğunu söyləyib. Parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışan Do Man Tien ölkəsinin Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.
Do Man Tien Azərbaycan ilə Vyetnam arasında qlobal arenada, xüsusilə də beynəlxalq təşkilatlar çərçivəsində işbirliyinin hər iki ölkənin maraqlarının qorunması baxımından vacib olduğunu bildirib. Azərbaycanın dinamik inkişafının dost xalq olaraq vyetnamlıları da sevindirdiyini deyən Do Man Tien yeni çağırışlar fonunda iki ölkə arasında işbirliyinin dərinləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkürünü bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan ilə Vyetnamın qarşılıqlı faydalı işbirliyinə xüsusi əhəmiyyət verdiklərini qeyd edərək ölkələrimiz arasında fəal siyasi dialoqun və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Tahir Budaqov inkişaf yolunda əmin addımlarla irəliləyən hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da gücləndirmək əzmində olduğunu vurğulayıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbə qazanaraq yeni reallıqlar yaratdığını söyləyən YAP Mərkəzi Aparatının rəhbəri hazırda regionda mövcud olan vəziyyət və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.
Tahir Budaqov siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafında önəmli rola malik olduğunu vurğulayaraq Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası (VKP) arasında əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb. Partiyaların həm ikitərəfli formatda, həm də beynəlxalq platformalar çərçivəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirən Tahir Budaqov rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində YAP ilə VKP arasında Əməkdaşlıq Sazişinin imzalanmasının tarixi əhəmiyyətə malik olduğunu, partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib: "Səfər çərçivəsində istər Azərbaycan-Vyetnam münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsi apardıq. Birlikdə görəcəyimiz işlər həm partiyalar, həm də ölkələrarası münasibətlərin inkişafına təkan verəcək".
YAP Sədrinin müavini hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın önəminə diqqət çəkərək bu amilin qanunvericilik sahəsində təcrübə mübadiləsi və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin təmin olunması baxımından əhəmiyyətli olduğunu bildirib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Hülya Məmmədli daxildir.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

